25 Yanvar 09:24

Reklam?! “Pofig”

Sizcə təhsilli insan kimdir?  “Marketinq”  ixtisasına yiyələnib  dizayner  işləyən  və  ya “Beynəlxalq  münasibətlər” oxuyub, amma  mühasib işləyən  birini təhsilli saymaq olarmı?!

Həmçinin son zamanalarda TV kanaların şirkətlərin reklam kampaniyalarını özləri hazırlaması…

Marka istehlakçının xəyal gücündə var olan bir mifdir. Peşəkarlığı  bir kənara qoysaq, bir markanın fəlsəfəsinə bələd olmadan  bu iş necə  görülə bilər ki?

Simon Broadbent deyir ki, “Bir brendin satışları təyyarənin uçtuğu yüksəkliyə oxşayır. Reklam xərcləri təyyarənin mühərriki kimidir. Mühərrik işləyərkən hər  şey yolundadır, dayandıqda isə eniş başlayar. Markalaşmanın təsiri isə aerodinamik dizayn kimidir. Reklam xərclərini dayandırarasaq və ya azaldarsaq daha yaxşı olan brend və ya təyyarə daha çox havada qalar. Amma iki təyyarədə enəcəkdir.” Bir sözlə reklam həm satışları artırmaq, həm də satışları  qorumaq üçün gərəklidir.

Şirkət rəhbərləri, xüsusilə mühasiblər 🙂 reklamnın sadəcə “daha çox məhsulun piştaxtalardan alınmasına səbəb olan” şey olduğuna və satışların var olan səviyyəsində heç bir rollarının olmadığını düşündükləri an, o ilin reklam xərclərini hooop kəsirlər! 🙁

Reklam məncə biznesin rəngidir. Sizə fərqlənmə şansı verir.

Faydalıdır… Reklam  pərakəndəçilərə düşən qazanc payının azalmasına səbəb olur. Xüsusən krizis anlarında istehlakçılar reklam olunan məhsulun qiymətinə daya yaxından bələd olduqları üçün pərakəndəçilər qiyməti daha çox dəyişdirə bilmirlər. Və bununla ən aşağı qiymət nomal qiymət kimi qəbul edilir.

İstehlakçıların əksəriyyətinin bir neçə brendlik repertuarı var. Bu brendlərin bəzilərini digərlərindən daha tez satın alırlar. Və əksər istehlakçı bu davranışını dəyişdirmək istəməz. Reklam bu an araya girir. Şüuraltında yer qazanırsınız. İstehlakçı ikinci və ya yeni bir brendi almağa başlayır.

Bir neçə cür satınalma davranışı var:

  • bizimkilər (bu davranış bizə xasdı 🙂 )- istədikləri kategoriya satışda olsun kifayətdi. Brendin adı əhəmiyyətsizdi
  • qiymətçilər-qiymət dəyişikliyinə çox həssasdırlar
  • fürsətçilər- bir brendin kampaniya etmələri tərəf dəyişdirmək üçün kifayətdi
  • sadiqlər-brendə bağlı şəxslər

Loyal müştəri, davamlı bağlılıq üçün reklam şərtdir, ağa! 🙂

Young boş yerə deməyib ki, “texnologiyadakı inkişaf rəqib məhsulları bir-birlərinə oxşatdıqca reklamın əhəmiyyəti daha da artır.”

Dünyanı reklam xilas edəcək! Ən azı ölkəmizi.

Müşfiq Şirəliyev

Bəyən və paylaş