21 Sentyabr 21:32

Reklam və PR şöbəsinin mütəxəssisi və kiçik mütəxəssisi vakansiyası

Şirkət: Göygöl Şərab Zavodu ASC

İdarə: Marketinq və satış idarəsi

Şöbə:  Reklam və PR

Vəzifə: Reklam və PR şöbəsinin mütəxəssisi və kiçik mütəxəssisi 

Tabeçilik:  Reklam və PR şöbəsinin müdiri

Reklam və PR şöbəsinin mütəxəssisi və kiçik mütəxəssisi

• İnternet səhifə üçün mətnlərin hazırlanması
• İnternet səhifə üçün xəbərlərin yazılması  hazırlanması
• Satışa dəstək materiallarının hazırlanması
• Məhsulların etiketlənməsinin təşkili
• Dizaynın hazırlanması məqsədi ilə tapşırığın yazılması
• Dizaynın icra edilə bilməsi üçün etiket, qapaq və digər elementləri istehsal edən şirkətlərlə danışıqların aparılması
• Tələb olunduqda qablaşdırma üçün butulka, şüşə, dekorativ qutuların isehsalı üçün şirkətlərlə müzakirələrin aparılması
• Reklam materiallarının hazırlanması üçün sifarişlərin verilməsi;
• Reklam materiallarının mətnlərinin hazırlanması və ya copywriter xidmətindən istifadə;
• İstiqamətin supervayzorundan və ya marketinq şöbəsinin rəhbərindən tapşırığın alınması və icraçılara göndərilməsi;
• Mətnlərin tərcüməsi və ya copywriter, tərcümə xidmətlərindən istifadə;
• Reklam məhsullarının istehsal etdirilməsi;
• Outsource olunan xidmətlərin icrasına nəzarət;

Kiçik mütəxəssisin və mütəxəssisin iş yükü

Kiçik mütəxəssis cari işləri icra edir və onun iş yükü dövr üzrə 3 layihənin icrasından, mütəxəssis vəzifəsində çalışan işçi isə eyni dövrdə 5 layihənin icrasından ibarətdir.

Tələblər

• Uyğun istiqamət üzrə universitet təhsilinin olması;
• TQDK keçirdiyi qəbul imtahan nəticəsinin 600 baldan yüksək olması daha arzu olunandır;
• Azərbaycan dilində sərbəst yazmaq və bu dilin qramatikasına mükəmməl yiyələnmək;
• Reklam sahəsində iş təcrübəsinin olması;
• Bakı daxilində icraçılarla görüşmək, işləri nəzarətdə saxlamaq üçün şirkətlər səfərlər;
• Bakalavr təhsili səviyyəsində marketinq ixtisasına dərindən yiyələnməlidir;
• Təchizatçılarla ünsiyyətin qurulması və işlərin icrası üçün rus və ingilis dillərini bilməlidir;
• Detallara fikir vermək qabiliyyətinin olması, yaradıcı düşünmə keyfiyyətlərinə malik olması
• İşlə əlaqədar Göygöl şəhərinə səfərlər

Əmək haqqı: razılaşma yolu ilə

İş qrafiki: 09:00 – 17:00 / Bazar ertəsi – şənbə

Şəhər:  Bakı şəhəri

Əlaqə vasitələri:

E-mail:        [email protected]
Telefon:    022 205 22 34
Faks:           022 205 23 57

Bəyən və paylaş

Rəylər

rəy(lər)