4 Oktyabr 01:07

Reklamda psixoloji motivasiya qaynaqları (Ödənişsiz)

Azərbaycanda hər il fərqli bayramlara özəl olaraq keçirilən yüzlərlə reklam kampaniyaları olur. Sizcə şirkətlər həqiqətənmi Ramazana, Qurban bayramına, Yeni ilə, 8 Marta və s. bu kimi bayramlara sırf bayramdı deyə kampaniya keçirir, yoxsa sadəcə bu bayramdan istifadə edib satışlarını artırmaq istəyirlər? Cavabı yəqin ki, aydındır. Şirkətlər bu kimi bayramlarda insanların ortaq dəyərlərindən, sevdikləri, önəmsədikləri günlərdən hisslərə xitab edərək məharətlə istifadə edirlər. Dediklərimizi daha ətraflı öyrənmək istəyirsinizsə, o zaman yeni mövsümdə olan ilk təlimimizə qatılmağa tələsin!

Təlimin mövzusu: Reklamda psixoloji motivasiya qaynaqları

Təlimdə iştirak ÖDƏNİŞSİZDİR.

Təlimçi: Rafiq Hunaltay
Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili alan təlimçi 2012-ci ildə Türkiyə Respublikası Anadolu Universitetinin Halkla İlişkilər və Tanıtım bölümünü bitirmişdir. Eyni zamanda 2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Doktoranturasına daxil olmuş, dissertantdır.

2 il Nurgün Şirkətlər Qrupunda Qida Departamenti Marketinq Meneceri (Nestle brendi üzrə) işləyən Rafiq bəy 6 il də İdeal parfum və kosmetika mağazalarında marketinq direktoru olmuşdur. 2015-ci ildə isə həmin şirkətdə idarə heyətində Marketinq Auditi üzrə direktor vəzifəsində çalışmışdır. Hazırda Gilan Holdinq FMCG Qrupu Strateji Marketinq Direktoru vəzifəsində işləyir.
Eyni zamanda 5 ildir fəaliyyət göstərən məşhur marketinq portallarından olan www.facemark.az saytının, 2012-ci ildən isə fəaliyyət göstərən Azərbaycanın ilk praktiki marketinq təlimi olan Marketing AİR-in və ilk onlayn marketinq televiziyası FMR TV (facemark.tv) həmtəsisçisidir.

Təlimin vaxtı: 8 oktyabr 14:00
Təlimin müddəti: 2 saat ( 30 dəq. fasilə)

Təlimin keçiriləcəyi yer: Reduco Tədris Mərkəzinin Bakı filialı: Cəfər Cabbarlı 29, Nizami metrosunun yaxınlığı.

Təlimin sonunda bütün iştirakçılara SERTİFİKAT veriləcək.

Qeydiyyat üçün: http://bit.ly/2dojGe3

Əlaqə vasitələri:
Tel: (+994) 50-524-11-22
(+994) 70-524-11-22
(+994 12) 594-12-76
(+994 12) 594-20-42
E-mail: [email protected]

Bəyən və paylaş