4 İyun 13:47

Azərbaycan Rəngkarlığı Muzeyi: “Özünü kəşf et” iyun proqramı

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi “Özünü kəşf et” proqramının yeni ustad dərsləri ilə yenidən qarşınızdadır. Hər ay olduğu kimi, təcrübəsindən asılı olmayaraq hər kəs ustadlarımızın rəhbərliyi ilə yaradıcı potensiallarını kəşf edəcəklər.

Ustad dərslər 19:00 – 21:00 saatlarında keçiriləcək.

*İştirakçılar bütün ləvazimatlarla təmin olunacaqlar.

Proqram :
5 iyun – Gülarə İsrafilzadə
Mövzu: “Çəhrayı flaminqo”

12 iyun – Mirazer Abdullayev
Mövzu: “Əhval”

19 iyun – Gülnarə Ələkbərli
Linoqravüra

26 iyun – Vüsalə Ağarazıyeva
Mövzu: “Əbədi trio”

İştirakçıların sayı məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir.

Qeydiyyat çərşənbə – bazar günü, saat 12:00-dan 20:00-dək aparılır

Qeydiyyat: 050 251 4115

Ünvan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (Bayıl, YARAT Mərkəzinin yanı)

Bəyən və paylaş

Rəylər

rəy(lər)