Rəqamsal satış şöbəsində kiçik mütəxəssis vakansiyası

“Kapital Bank” ASC namizədləri Pərakəndə Satış departamentinin Rəqamsal satış şöbəsində kiçik mütəxəssis vakansıyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər
• Bank sahəsində yeni ideya və texnologiyaları araşdırmaq və təkliflər formalaşdırmaq;
• Ölkə daxili və xarici bazarların araşdırılması və dayanıqlı rəqəmsal məhsullar üzrə təkliflər hazırlanması;
• Satış və xidmət proseslərinin rəqəmsallaşdırılması üzrə təkliflər hazırlama;
• Yeni satış texnikalarının və kanallarının formalaşdırılması;
• Təklif və istəklərin toplanaraq aidiyyəti strukturlarla müzakirə edilməsi.

Tələblər

• Ali təhsil;
• Rəqamsal yönümlü;
• Rəqamsal texnoloqiyalar haqqında anlayış:
• Microsoft Office proqramları üzrə biliklər;
• Məsuliyyətlilik, dəqiqlik və operativlik;
• Təzyiq altında işləmə qabiliyyəti;
•Güclü təhlil qabiliyyəti.

Müraciət etmək üçün [email protected] mail ünvanına mövzu hissəsində “Rəqamsal satış” qeyd etməklə CV-lərinizi göndərə bilərsiniz.

Related Articles