Bazar ertəsi, 7 İyul, 2025

Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis vakansiyası


  • Dərc edildi: 10 Fevral, 2022 - 14:39
Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis vakansiyası

AFB Bank Əməliyyatlar Strukturu Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir. Vəzifə: Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə) Ünvan: Bakı şəhəri. Tələblər • Ali təhsil; • Rəqəmsal bank xidmətlərinin inkişafı sahəsində minimum 1 il iş təcrübəsi; • Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışmaq bacarığı; • MS Office (MS Word, MS Excel, Outlook), SQL proqramları üzrə biliklər; • Analitik düşünmə qabiliyyəti; • Yüksək səviyyədə təqdimat bacarığı; • Məsuliyyətlilik, dəqiqlik və operativlik; • Ünsiyyət, təşəbbüskarlıq və komandada işləmək bacarığı. İşin təsviri • Daxili və xarici bazarlarda rəqəmsal xidmətlərin inkişaf trendlərinin izlənilməsi və bazar araşdırmaların aparılması; • İstehlakçı davranışlarına əsasən ehtiyacların müəyyən edilməsi, əsas prioritetlərin və meyllərin aşkara çıxarılması; • Klassik bank məhsullarının rəqəmsallaşdırılması məqsədi ilə tədbirlər planının tərtib olunması və aidiyyatı struktur bölmələri ilə işin təşkil edilməsi; • İnternet və mobil bankçılıq sistemlərində yeni məhsul və xidmətlərin yaradılması və ya mövcud xidmətlərin optimallaşdırılması üçün texniki tapşırığın formalaşdırılması; • Texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında hazırlanmış web tətbiqlərin testdən keçirilməsi və lazımi düzəlişlərin edilməsi; • Yeni rəqəmsal məhsul və xidmətlərin hazırlanması zamanı yerli və xarici potensial tərəfdaşlarla danışıqların aparılması; • Rəqəmsal bankçılıq sistemində istifadəçi rəylərinin aktiv şəkildə toplanılması prosesinin təşkili və sistemin təkmilləşdirilməsi istiqamətində təkliflər paketinin hazırlanması; • Rəqəmsal bankçılıq sisteminə dair biznes proseslər üzrə xəritələrin qurulması və blok-sxemlərin hazırlanması; • Rəqəmsal bankçılıq üzrə məhsul və xidmətlərin müştərilər tərəfindən istifadə aktivliyinin, məhsul və xidmətlərin satışı istiqamətində işin təşkil edilməsi; • Yaranmış texniki çətinliklərin aradan qaldırılması üçün Bankın aidiyyatı struktur bölmələri, yerli və xarici partnyorları ilə işin koordinasiya edilməsi. Maraqlanan şəxslər CV-lərini mövzu sətrində“Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis”qeydi edərək[email protected]elektron ünvanına göndərə bilərlər. Yalnız tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanacaqdır.  

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Kaspi Kids "Ələkbər əmi"nin xatirəsini anıb
07 İyul, 2025 - 12:34 35
Kaspi Kids "Ələkbər ...
Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 246
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 92
“Texnologiyanın tətb...