“Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin I mərhələsinə start verilib

“Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin I mərhələsinə start verilib

“Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin I mərhələsinə start verilib.Qeydiyyat prosesihttps://codehour.algoritmika.az/internet əhifəsi üzərindən həyata keçirilir.   Müsabiqədə iştirak üçün qeydiyyatdan keçmiş şagirdlər şəxşi kabinetlərində I mərhələ üzrə informatika fənni kursunun əsas mövzularını əhatə edən 15 tapşırığı həll etməlidirlər. Tapşırıqların həll edilməsi üzrə vaxt məhdudiyyəti qoyulmayıb, lakin qaliblər təyin edilərkən sadəcə düzgün həll edilmiş tapşırıqların sayı deyil, həmçinin, onlara sərf olunan vaxt da nəzərə alınacaq. I mərhələ 18 noyabr saat 18:00-dək davam edəcək.   Birinci mərhələnin tapşırıqlarını uğurla bitirən şagirdlər 23 noyabr tarixində keçiriləcək II mərhələyə buraxılacaqlar. Bu mərhələdə şagirdlər proqramlaşdırma və alqoritmik düşüncə bacarıqlarını nümayiş etdirmək üçün 7 mini-kvest tapşırığını yerinə yetirməlidirlər.   Müsabiqənin final mərhələsinə vəsiqə qazanan şagirdlər komandalara bölünəcək. Dekabr ayında keçiriləcək final mərhələsində şagirdlər əyani formada münsiflər heyəti qarşısında proqramlaşdırma dilləri vasitəsilə yaradıcı layihələrlə işləmək bacarıqlarını nümayiş etdirəcəklər.Sonda müsabiqənin qalibləri mükafatlandırılacaq.   Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkəti tərəfindən “Kod Saatı” qlobal hərəkatı çərçivəsində V-IX sinif şagirdləri üçün təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin proqramlaşdırma dilləri üzrə bacarıqlarını inkişaf etdirmək, yeni texnologiyalar üzrə öyrənilən biliklərin təcrübədə tətbiqi üçün şərait yaratmaqdır. Eyni zamanda, onların yüksək texnoloji ixtisaslara marağını artırmaqdır.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az