Rəqəmsal innovasiyaların tətbiqi departamentində Tech Lead vakansiyası

“Azərbaycan Beynəlxalq Bankı”ASC Rəqəmsal innovasiyaların tətbiqi departamentinə Tech Lead vakansiyasını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

 

Görəcəyiniz işlər:

  • Rəqəmsal məhsulların dizayn olunması və məhsulun hazırlanmasına nəzarət , Agile heyətə rəhbərlik etmək;
  • Texnologiyanın seçimi və tətbiqi ilə əlaqədar framework və ən yaxşı təcrübələrdən istifadə etmək;
  • Müştəri və işçi təcrübəsini artıran yaradıcı və səmərəli həlləri sürətlə inkişaf etdirmək üçün çevik (agile) mühəndislik təcrübələrindən və müxtəlif proqram və veb inkişaf texnologiyalarından istifadə etmək;
  • Aydın istifadəçi hekayələri, məhsullar üçün prototiplər və dizayn testlərini hazırlamaq və məhsulun inkişaf etdirilməsini davamlı olaraq çatdırmaq üçün heyət üzvlərinin yönləndirmək;
  • Rəqəmsallaşdırma komandansının daxili və xaricində olan digər heyətlərlə əlaqənin qurmaq, vaxtın, tədarükün və asılılıqlarını müzakirə etmək;
  • Məhsul sahibləri (product owner) və komanda üzvləri ilə məhsul və çatdırılma risklərini müəyyənləşdirmək və ictimailəşdirmək üçün sıx əməkdaşlıq etmək;
  • Qabaqcıl və ən yaxşı təcrübəyə malik mühəndislik proseslərinin və çevik (agile) metodologiyasından tətbiq etmək

 

 

 

Bizim üçün ideal namizəd:

  • Java Spring Boot, Node.JS, Go Lang, Elixir, Ruby on Rails, C, C ++, Python və ya digər proqramlaşdırma dillərində / framework`lərdə  4-5 illik iş təcrübəsi olan;
  • Proqram təminatında ən azı 4-5 il təcrübəsi və Agile (çevik) heyətdə iş təcrübəsi olan;
  • HTML / CSS-də üstün təcrübə və müasir Front-end JavaScript framework`lərdə təcrübəsi olan: ReactJS, AngularJS, EmberJS, Vue.js
  • SQL-də böyük təcrübə və bir verilənlər bazası texnologiyasına dair yüksək biliklərə sahib olan: Postgres, MySQL, MongoDB, Cassandra, CouchDB, HBase, Neo4J
  • İnfrastruktur bilikləri olan: RESTful API, Single sign on, LDAP, Axtarış Texnologiyaları (Apigee, GraphQL, Swagger, Elasticsearch, Kibana, Auth0)
  • İnkişafa/proqramlaşdırmaya böyük marağı və davamlı öyrənmək üçün potensial və istəyi olan;
  • Cüt (pair) proqramlaşdırılma, davamlı inteqrasiya və testə əsaslanan inkişaf üzrə biliklərə sahib olan;
  • Mikroservislər üçün pattern seçimləri və konseptlərlə tanış olan;
  • Paylanmış tətbiqlərin dizaynında iş biliyi və təcrübəsi olan;
  • DevOps, Docker iş təcrübəsi və kod infrastrukturu bilikləri olan;
  • MochaJS, RSpec kimi ən azı bir vahid test çərçivəsi(unit testing freyk) ilə təcrübəsi olan;
  • İcma töhfələri (məsələn, açıq mənbə(open-source) işi, publishing/texniki ideyalar üzrə biliklər) olan bir şəxsdir

 

 

Axtardığımız namizəd Sizsinizsə, CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: Tech Lead)

 

Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

 

Əlavə məlumat üçün: www.ibar.az

 

Bir cavab yazın

Back to top button