"Rəqəmsal Liderlər" layihəsinin rəsmi açılış mərasimi keçirilib

RƏQƏMSAL LİDERLƏR
Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihənin açılış mərasimi keçirildi.
Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi" çərçivəsində qalib olmuş Biləsuvar rayon Aşağı Cürəli kənd tam orta məktəbinin informatika müəllimi Rəfiqə Hüseynovanın "Rəqəmsal Liderlər" Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihəsinin rəsmi açılış mərasimi keçirildi.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası layihənin icra olunmasında əməkdaşlıq edəcəkdir.
Layihənin açılış mərasimi bu gün Biləsuvar Rayon Gənclər Evində baş tutmuşdur.
 
Açılışda Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Ləman Yüzbaşova iştirak etdi. Layihə rəhbəri Rəfiqə Hüseynova layihənin məqsədi, vəzifələri, icra planı haqqında qonaqlara ətraflı məlumat verdi.
Xatırladaq ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının da tərəfdaşlıq etdiyi layihənin məqsədi distant təhsilin təşkili üçün müəllimlərə əlavə texnoloji alətlərin - “Google for Education” platformasını necə istifadə edəcəklərini öyrətməkdir.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az