"Rəqəmsal maarifləndirmə” təcrübəproqramı

Azərbaycan Beynəlxalq Bankı iş təcrübəsi olmayan gənclər üçün "Rəqəmsal maarifləndirmə” təcrübəproqramını açıq elan edir! “ABB Rəqəmsal maarifləndirmə” təcrübə proqramının fəaliyyətinin əsas məqsədi gənclərin 3 ay müddət ərzində fərdi inkişafına nail olmaqla, onlara asudə vaxtın səmərəli idarə edilməsi, əmək vərdişlərinin inkişaf etdirilməsi, gələcək karyera imkanlarının artırılması, bank qanunvericiliyi və fəaliyyəti üzrə vacib olan biliklərin mənimsənilməsi, liderlik bacarıqlarının qazanılması, sosiallaşması, komanda işinin öyrənilməsi üçün imkan yaratmaqdır. Aşağıda sadalanan keyfiyyətlərə malik və yaşı 18-dən 25-ə qədər (Ali və ya orta ixtisas təhsili alan tələbələr və ali və ya orta ixtisas təhsilini bitirmiş gənclər) olan hər kəs yeni təcrübə proqramında iştirak etməyə dəvət olunur: Çevik Təşəbbüskar Həvəsli İşgüzar Gülərüz Məsuliyyətli Ünsiyyətcil Təcrübə proqramının həyata keçiriləcəyi rayon və şəhərlər: Balakən, Bərdə, Gəncə, Kürdəmir, Lənkəran, Mingəçevir, Naxçıvan, Qazax, Şabran, Salyan, Şəki, Ağdaş, Cəlilabad, Goranboy, Göyçay, Göy-göl, İmişli, Masallı, Oğuz, Qax, Qəbələ, Quba, Şamaxı, Tərtər, Zaqatala, Zərdab, Ağcabədi, Ağstafa, Ağsu, Biləsuvar, Daşkəsən, Gədəbəy, İsmayıllı, Saatlı, Samux, Şəmkir, Şirvan, Siyəzən, Tovuz, Ucar, Xaçmaz və Yevlax. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini[email protected]elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Rəqəmsal maarifləndirmə təcrübə proqramı (Region adı)” şəklində göstərilməsi xahiş edilir.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az