Rəqəmsal marketinq Mütəxəssisi vakansiyası

Rəqəmsal marketinq şöbəsində mütəxəssis

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Brendin idarəedilməsi departamentində Rəqəmsal marketinq şöbəsində mütəxəssis” vakansiyasını elan edirik. Vəzifə öhdəlikləri:
  • Məhsullar üzrə veb əsaslı mövcud layihələrin aparılması və yeni təkliflərin verilməsi;
  • SEO/SEM, e-mail, sosial media və görüntülü reklam kampaniyaları ilə iş;
  • Düzgün hədəf auditoriyalarının təyin olunması;
  • Google Analytics, Tag Manager, Data Studio, Yandex Metrica və digər analitik vasitələrlə iş;
  • Müxtəlif onlayn platformalar arasında koordinasiyanın təşkili və istifadəçi davranışı baxımından ortaq strategiyaların hazırlanması;
  • A/B testlərin edilməsi və nəticələrin analizi;
  • Lead-generation məqsədli optimizasiyaları aparılması;
  • Bankın rəqəmsal marketinq layihələri ilə bağlı digər struktur bölmələr və vendor şirkətlərlə qarşılıqlı əməkdaşlıq;
  • Bazar trendlərinin, yeniliklərin izlənilməsi və onların işdə tətbiqi.
Tələblər:
  • Rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
  • Xarici dil biliklərinin (Rus, İngilis) olması arzuolunandır;
  • Analitik və kreativ düşünmə bacarığı;
  • Fərdi və komandada işləmək bacarığı;
  • Planlama və strateji yanaşma bacarığı.
Biz Sizə nə təklif edirik:
  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Siz elektron poçtun “mövzu” yerinə “Rəqəmsal marketinq_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi[email protected]ünvanına göndərə bilərsiniz.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az