Rəqəmsal marketinq mütəxəssisi vakansiyası

Şirkətin adı: “Honours Academy

Vəzifə: Rəqəmsal marketinq mütəxəssisi

Namizədə tələblər

– İstiqamət üzrə Ali təhsil və yaxud Digital marketinq üzrə sertifikatlaşdırılmış kurs, akademiya və s. təcrübə
– Yaş həddi yoxdur
– İş təcrübəsi minimum 2 il
– Xarici dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı səviyyədə – platformalarda işləyə və araşdırma edə biləcək qədər), Rus dili (arzuolunandır)
– Google Analytics, Google Search Console, Yandex metrica və s. analiz toollarından peşəkar istifadə edilməsi
– Facebook Ads manager, Google Display və Google ads təcrübəsi
– SEO, SEM üzrə real iş təcrübəsinin olması
– Sosial media marketinq işlərinin (Instagram, Facebook, Linkedin, YouTube, və s.) aparılması (sorğuların cavablandırılması aid deyil)
– Google Analytics, Facebook Pixels kimi analitik toollarda bilik və təcrübə
– Təşəbbüskar
– Yaradıcı və analitik düşüncə tərzi
– Fərdi və komandada işləmək bacarığı
– Uzunmüddətli işləmək planları olan

İş barədə məlumat

• Şirkətin kommunikasiya kanallarının idarə olunması
• Kommunikasiya kanalları vasitəsi ilə bazarda müxtəlif kampaniya və layihələrin idarə olunması
• Reklam strategiyalarının hazırlanması və icrası
• Fəaliyyətlə bağlı büdcə planlarının hazırlanması və hesabatlılığın təmin olunması
• Korporativ saytla mütəmadi işləmək və yeni saytın hazırlanmasında yaxından iştirak
• Şirkətin korporativ hesablarının struktur yenilənməsi və daha da yaxşılaşdırılması

Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.

Qeyd olunan tələblərə uyğun gələn namizədlər “Rəqəmsal marketinq mütəxəssisi” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını [email protected] ünvanına göndərə bilərlər.

Bir cavab yazın

Back to top button