Rəqəmsal marketinq üzrə aparıcı/baş mütəxəssis vakansiyası

Rəqəmsal marketinq üzrə aparıcı/baş mütəxəssis

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Brendin İdarəedilməsi departamentində Rəqəmsal marketinq üzrə aparıcı/baş mütəxəssis” vakansiyasını elan edirik. Siz elektron poçtun “mövzu” yerinə “Digital Marketing” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.

Vəzifə öhdəlikləri:
Bankın bütün rəqəmsal marketinq layihələrinin və onların büdcələrinin planlaşdırılması və icrası;
Onlayn kanallar vasitəsilə (sosial şəbəkələr, onlayn reklam platformaları və s.) bankın imicinin artırılması və rəqəmsal satış planları üzrə hədəflərə çatmasını təmin etmək;
Bankın rəqəmsal marketinq layihələri ilə bağlı digər struktur bölmələr və vendor şirkətlərlə qarşılıqlı əməkdaşlıq;
Mütəmadi rəqəmsal kanallar üzrə testlərin edilməsi, kampaniyaların analizi və effektivliklərinin ölçülməsi (ROI və KPI-lar) ;
Onlayn analitika platformaları ilə işləmək, onların əsasında optimallaşdırılma apararaq düzgün rəqəmsal müştəri səyahətlərinin qurulması;
Bazar trendlərinin, yeniliklərin izlənilməsi və onların işdə tətbiqi.

Tələblər:
Bankın dəyərlərinə uyğun işlərin təşkili;
Rəqəmsal marketinqi sevmək;
Bu sahədə minimum 3 il iş təcrübəsi;
Yaradıcı və analitik düşüncə tərzi;
Fərdi və komandada işləmək bacarığı;
Dəqiqlik və operativlik;
Böyük həcmli və çoxkanallı rəqəmsal kampaniyaları idarəetmə təcrübəsi.

Biz Sizə nə təklif edirik:
Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Bir cavab yazın

Back to top button