9 İyul 15:37

“Rəqəmsal texnologiyalar dövründə karyera” mövzusunda master klass keçiriləcək

Hörmətli tələbələr!

 

“Expressmaarifləndirmə məktəbi” layihəsi çərçivəsində Expressbank-ın peşəkar komandası tərəfindən mütəmadi olaraq tələbələr üçün faydalı və çox maraqlı Bank mövzuları haqqında ödənişsiz master- klasslar, təlimlər, mühazirələr keçirilir. Növbəti görüşümüzdə spikerimiz Bankın İnformasiya Texnologiyaları departamentinin direktor müavini Şahin Kərimovdur. Şahin Kərimov tərəfindən “Rəqəmsal texnologiyalar dövründə karyera” mövzusunda maraqlı master klass sizi gözləyir.

26 iyul saat 16:00-dan 18:00–dək Bankın Express İnkişaf Mərkəzində (ünvan Əcəmi Naxçivani 21) keçiriləcək “ Maliyyə savadlığı ” mövzusunda təlimdə iştirak üçün qeydiyyatdan keçməyə tələsin.

Qeydiyyatdan keçən ilk 40 nəfər iştirak şansı qazanacaq. Odur ki, gecikmədən CV formasını doldurun və elektron ünvanına göndərin. Bu fürsətdən mütləq faydalanın!

Bəyən və paylaş

Rəylər

rəy(lər)