30 Noyabr 18:39

Respublika Olimpiya Velosiped Məktəbi üç aylıq təcrübə proqramı elan edir

Respublika Olimpiya Velosiped Məktəbi üç aylıq təcrübə proqramı elan edir:

İdman məktəbinin iş fəaliyyəti ilə tanış olmaq, daxili işlərin qurulması və yönəldilməsi sahəsində təcrübə toplamaq istəyirsinizsə, bizə müraciət edin.

Təcrübə saatları:
Həftədə iki dəfə tələbələrin dərs saatlarına uyğun olaraq təşkil olunur.

Nə tələb olunur?
– Azərbaycan dilində səlist yazmaq və danışmaq bacarığı;
-Araşdırma həvəsi və daim öyrənmək istəyi;
– Təşkilatçılıq qabiliyyəti;
-Məsuliyyətli və inkişafa meyilli.

Təcrübədə nə qazanacaqsınız?

-İdman yarışlarının təşkili və idarə olunması sahəsində təcrübə qazanmaq;
-İdman məktəbində çalışan məşqçilərin məşq prosesinin qurulması və aparılması üzrə biliklər toplamaq;
-Daxili sənədləşdirmə işinin təşkilini öyrənmək ;
-Texniki və fərdi bacarıqlarını inkişaf etdirmək imkanı.

Proqramla maraqlananlar istək məktubunu uyğun proqram başlığı ilə [email protected] mail adresinə göndərə və ya (077) 571-72-90 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Əlavə suallar üçün ADBTİA Karyera Mərkəzi 132-ci otağa müraciət edin.
Son qeydiyyat tarixi : 7 Dekabr 2018

Bəyən və paylaş

Rəylər

rəy(lər)