18 Aprel 14:15

Respublika Uşaq Kitabxanası onlayn müsabiqə elan edib

F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Evdə qal, intellektdən qalma” ailəvi online müsabiqəsi elan edib.

Viktorinanın keçirilməsində məqsəd “birlikdə düşünək, birlikdə tapaq” devizi ilə valideynlərin övladları ilə evdə qaldıqları müddətdə suallara birgə cavab tapmaqdır.

Müsabiqənin şərtlərinə əsasən iştirakçılara 50 sual veriləcək və 1 saat ərzində suallara düzgün cavab verən ailə qalib elan ediləcək.

Suallar kitabxananın http://clb.az saytında yerləşdiriləcək.

Bəyən və paylaş