24 Oktyabr 21:14

Rəssam-dekorator Alisa Melikovanın mühazirəsi

Səhnə dizaynı teatrın sehrinin ayrılımaz bir hissəsidir. Quruluşçu rəssamlar sadəcə səhnəni dizayn etmirlər, onlar tamaşanın dünyasını canlandırırlar.

M.A.P.festivalının bu tədbirində siz Bakıda anadan olmuş Rusiyanının tanınımış quruluşçu rəssamı, dizayneri, art-direktoru, “Melikova və Mixaylovskaya Teatral Bürosu”nun həmtəsisçisi Alisa Melikova (“Praktika” teatrı, Rusiya) ilə yaxından tanış ola biləcəksiniz.

Mühazirənin mövzusu- “Poetik teatr və teatrda poeziya”.

Alisa Melikova Poliqrafiya Akademiyasının və Moskva Şəhər Pedaqoji Universitetinin rəssamlıq fakültəsinin məzunudur. Los Ancelesdə Kaliforniya Universitetində qrafik dizayn üzrə təhsil alıb.
2010-cu ildən teatr layihələrində quruluşçu rəssam kimi fəaliyyət göstərir (“Praktika”, “Politeatr”, “Sovremennik”, “Teatr na Taqanke”, “S.A.D” teatrı, V.Meyerxold adına Teatr Mərkəzi, İttifaqlar Evinin Sütunlu zalı). “Tekstura-Olimp”, “Tekstura”, “Zerkalo” festivallarının açılış mərasimlərinin rəssamı və münsiflər heyətinin üzvü kimi fəaliyyət göstərib.

Mühazirə rus dilində olacaq. Azərbaycan dilinə tərcümə təmin olunacaq.

GİRİŞ SƏRBƏSTDİR
Mühazirədə iştirak üçün qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyat üçün: 0502893132

Tarix:4 noyabr
Zaman:16:00-17:30
Məkan:YARAT Müasir İncəsənət Mərkəzi

Bəyən və paylaş

Rəylər

rəy(lər)