28 May 10:02

Rəssamın gözü ilə: Fərhad Xəlilov

Mayın 30-u “Rəssamın gözü ilə” layihəsi çərçivəsində Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovla görüş keçiriləcəkdir. Azərbaycanın avanqard rəssamı Əşrəf Murada həsr olunmuş tədbirdə Fərhad Xəlilov sənətçi ilə bağlı olan xatirələrini, onun fərdi yaradıcılıq axtarışları, texnikası və o dövrə aid olan bədii proseslər haqqında fikirlərini bölüşəcəkdir. Tədbir iştirakçıları həmçinin muzeydə təqdim olunan Əşrəf Muradın “Sevgi və etiraz” adlı restrospektiv sərgisi ilə də tanış ola biləcəklər.

Xalq rəssamı Fərhad Xəlilov (d. 1946) – ilk peşə təhsilini 1961-1966 illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində almışdır. Sonra o, 1966-1968-ci illərdə S.Stroqanov adına Rəssamlıq məktəbində, 1969-1975-ci illərdə isə Moskva Poliqrafiya İnstitutunda öz təhsilini davam etdirmişdir. Fərhad Xəlilovun yaradıcılığında Abşeron motivləri əhəmiyyətli yer tutur. Çimərliklər və Abşeron peyzajları, həmçinin Abşeron yarımadasının yaşayış məntəqələri – Nardaran, Buzovna, Zuğulba, Maştağa, Mərdəkan və başqaları buna misal ola bilər. Rəssamın əsərləri dəfələrlə keçmiş SSRİ respublikalarında, bir çox Avropada ölkələrində və ABŞ-da nümayiş etdirilmişdir.
1987-ci ildən Fərhad Xəlilov Azərbaycan Rəssamlar İttifaqının sədridir. Azərbaycanın Xalq rəssamı Fərhad Xəlilov Azərbaycan incəsənətinin inkişafında göstərdiyi xidmətlərə görə “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.

Tədbir rus dilində keçiriləcək

30 may, saat 19:00
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (YARAT Mərkəzinin yanı)
Giriş sərbəstdir
Əlaqə nömrəsi: +99412 505 7718; +99450 251 41 15

Bəyən və paylaş

Rəylər

rəy(lər)