16 Avqust 14:38

Rəssamlar üçün seminar / Şeyla Zaqo

Seminar: Pəncərədə: birlikdə subyektivizmi təşkil edirik
Mühazirəçi: Şeyla Zaqo | Art-kurator və pedaqoq (Braziliya)
Tarix: 28 avqust – 1 sentyabr

Müraciət üçün son tarix: 23 avqust

YARAT Müasir İncəsənət Məkanı, yerli rəssamları braziliyalı kurator Şeyla Zaqo tərəfindən ARTIM Layihə Məkanında keçiriləcək seminarda iştiraka dəvət edir. Seminar 5 gün davam edəcək.

Seminarın məqsədi kommunikasiya və ictimailəşdirmə vasitəsilə qadın vücudunun predmetləşdirilməsini araşdırmaqdır. Rəssam, onu görməyə gələn, habelə yoldan keçən tamaşaçılar üçün açıq studiya təşkil edəcək. Bu proses foto-video materiallarla sənədləşdiriləcək və sənət əsərlərinə çevrilən əlavə materiallar yaratmağa imkan verəcək.

Bu layihə, dünyanın hər yerində rəssamları təbliğ edən və yerli tərəfdaşlarla təhsil proqramlarını inkişaf etdirən kollektiv səyyar müasir incəsənət layihəsi CONEXUS-un bir hissəsidir. 9 il əvvəl Braziliyada yaradılmış layihə, bu gün dünyanın hər yerində incəsənət vasitəsilə insanları birləşdirməyə, bütün mümkün yerlərdə azlıqlar üçün eyni zamanda incəsənət, təhsil, sevinc və vizual imkanlar gətirməyə çalışır. Belə əlaqələrdən rəssamlar bir araya gəlir, müasir incəsənət sərgiləri və çıxışlar baş verir, seminarlar hazırlanır. Son layihələr Braziliya, Hindistan, İtaliya, Livan və Qətərdə keçirilib.

Müraciət prosesi
Xahiş edirik, CV-nizi, telefon nömrənizi və portfolionuzu 23 avqust tarixinə qədər [email protected] ünvanına göndərəsiniz.
Əlavə suallar üçün, zəhmət olmasa, [email protected] e-poçtu və ya 012 505 1414 telefon nömrəsi ilə bizimlə əlaqə saxlayın.

Bəyən və paylaş

Rəylər

rəy(lər)