“ReStart” təliminə qeydiyyat başladı

“ReStart” təlimimizin növbəti 2-ci modulu
“Komanda İşi ” peşəkar təlimçimiz Abşeron Otel Qrupunun Gəlirlər və Biznesin İnkişafı üzrə Direktor vəzifəsində çalışan Dadashova-Ganiyeva Bahar tərəfindən bu həftə Şənbə günü – 1 avqust saat 20:00-da aparılacaq. Bahar xanıma vaxtından və enerjisindən sərf edib bu təlimlərimizə dəstək verdiyinə görə dərin təşəkkürümüzü bildiririk.

Təlim Hospitality Insights, Azərbaycan Turizm ve Menecment Universiteti, İqtisad Universiteti və UNEC / Karyera Mərkəzi, UNEC-in Zaqatala filialı və Azərbaycan Texnologiya Universiteti UTECA-nın əməkdaşlığı çərçivəsində ərsəyə gəlmişdir.

Xatırladım ki, “ReStart” təlimimiz tam ödənişsizdir və iştirakçılara sertifikat veriləcək.Bütün təlimlərimiz Zoom proqram təminatı üzərindən keçiriləcək. Yerlərə məhdudiyyət olduğundan qeydiyyatdan keçib yerinizi rezerv etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiz. Formu dolduranlara Zoom link göndəriləcəkdir. Sertifikat təlimə zoom proqramı üzərindən qatılanlara veriləcək.

Qeydiyyat Linki👇
https://docs.google.com/forms/d/e/1FAIpQLSfThp9-PYJ6gsMv79_xQ_CBMJePiUqu1YLc8R2jWfqvwol30w/viewform?usp=sf_link

Dəstək üçün paylaşmağınız yetər və daha çox gəncimizin bütün gəncliyi boyunca axtardıqları sualların bu təlimlər vasitəsilə gerçəkləşəcəyinə səbəb yaradaq.

Bir cavab yazın

Back to top button
Close