Cümə axşamı, 21 Avqust, 2025

"Restoran üzrə nəzarətçi / F&B Supervisor" vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 13 Yanvar, 2022 - 11:42
"Restoran üzrə nəzarətçi / F&B Supervisor" vəzifəsi üzrə vakansiya

"Şahdağ Turizm Mərkəzi" QSC "Restoran üzrə nəzarətçi / F&B Supervisor" vəzifəsinə təcrübəli namizəd axtarır! -Restoranın, yemək sahəsinin, funksional və ya iaşə obyektlərinin hazırlığını tamamlamaq və müəssisənin prosedurları çərçivəsində xidmət tələblərinə uyğun olaraq müştərilərin rahatlığını və istirahətini təmin etmək üçün yemək mühitinə müvafiq dəyişikliklər etmək; -Bütün əməliyyat avadanlıqları və ləvazimatların tələbnamə ilə götürülməsi, saxlanılması və səliqə ilə istifadəsinə nəzarət olunmasına yardım etmək; -Qonaqların yeməklər, içkilər və xidmət ilə bağlı bütün şikayət, xahiş və sorğularını yerinə yetirmək; -Müştərilər ilə xoş münasibətləri qoruyub saxlamaqla və qonaqlara dair qeydiyyat fayllarının yenilənməsinə yardım etməklə, qonaqlar ilə qarşılıqlı anlaşma əldə etmək; -Problemləri aydın şəkildə müəyyən etmək və müvafiq kommunikasiya üsullarından istifadə etməklə onları həll etmək; -Müəyyən edilmiş protokol və xidmət metodlarına, müəssisənin siyasətlərinə və müştərinin gözləntilərinə uyğun olaraq qonaqpərvərlik münasibəti nümayiş etdirmək; -Restoranın yeni işçilərinə peşəkar yardım göstərmək və müvafiq məlumatları onlarla bölüşmək; -Xidmətləri təhlil etməklə və müvafiq olduğu təqdirdə həmkarlar ilə müzakirə etməklə mümkün təkmilləşmə yollarını və innovasiyaları müəyyən etmək və digər aidiyyəti şəxsləri məlumatlandırmaq; -Xörəklərin düzgün şəkildə və vaxtında hazırlanmasını, təqdim edilməsini təmin etmək üçün mətbəx işçiləri ilə əlaqədə olmaq. Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər Mövzü/Subject hissəsində vəzifənin adını qeyd edərək CV formasını[email protected]elektron ünvanına göndərməklə müraciət edə bilərlər.  

____________________________________________________________________________________________________________________

Təhsil Xəbərləri

Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 21
Məktəblilərimiz Beyn...
“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 218
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7141
Sumqayıt Dövlət Univ...