“Restoran üzrə nəzarətçi / F&B Supervisor” vəzifəsi üzrə vakansiya

“Şahdağ Turizm Mərkəzi” QSC “Restoran üzrə nəzarətçi / F&B Supervisor” vəzifəsinə təcrübəli namizəd axtarır!

–        Restoranın, yemək sahəsinin, funksional və ya iaşə obyektlərinin hazırlığını tamamlamaq və müəssisənin prosedurları çərçivəsində xidmət tələblərinə uyğun olaraq müştərilərin rahatlığını və istirahətini təmin etmək üçün yemək mühitinə müvafiq dəyişikliklər etmək;
–        Bütün əməliyyat avadanlıqları və ləvazimatların tələbnamə ilə götürülməsi, saxlanılması və səliqə ilə istifadəsinə nəzarət olunmasına yardım etmək;
–        Qonaqların yeməklər, içkilər və xidmət ilə bağlı bütün şikayət, xahiş və sorğularını yerinə yetirmək;
–        Müştərilər ilə xoş münasibətləri qoruyub saxlamaqla və qonaqlara dair qeydiyyat fayllarının yenilənməsinə yardım etməklə, qonaqlar ilə qarşılıqlı anlaşma əldə etmək;
–        Problemləri aydın şəkildə müəyyən etmək və müvafiq kommunikasiya üsullarından istifadə etməklə onları həll etmək;
–        Müəyyən edilmiş protokol və xidmət metodlarına, müəssisənin siyasətlərinə və müştərinin gözləntilərinə uyğun olaraq qonaqpərvərlik münasibəti nümayiş etdirmək;
–        Restoranın yeni işçilərinə peşəkar yardım göstərmək və müvafiq məlumatları onlarla bölüşmək;
–        Xidmətləri təhlil etməklə və müvafiq olduğu təqdirdə həmkarlar ilə müzakirə etməklə mümkün təkmilləşmə yollarını və innovasiyaları müəyyən etmək və digər aidiyyəti şəxsləri məlumatlandırmaq;
–        Xörəklərin düzgün şəkildə və vaxtında hazırlanmasını, təqdim edilməsini təmin etmək üçün mətbəx işçiləri ilə əlaqədə olmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər Mövzü/Subject hissəsində vəzifənin adını qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

 

____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
                   Gənclərin Xəritəsi
İNSTAGRAM: @edumap.az

Related Articles