23 Noyabr 16:47

RESTORANDA XİDMƏT STANDARTLARI

Bu təlimdə dinləyicilər restoran sahəsində xidmət növləri, xidmət standartları, “waiter”in görməli olduğu işlər, qonağın qarşılanması anından yola salma müddətinəcən ardıcıl olaraq göstərilən xidmətlər, restoran xidmətində “sendviç qanunu”, masa düzülüşü, sifariş götürmə qaydası, təmizlik və s. haqqında geniş və hər tərəfli praktiki biliklər əldə edəckələr.

Təlimdə hədəf olaraq Azərbaycan Menecment və Turizm Universitetinin tələbələri və restoran sahəsində çalışan işçilər götürülmüşdür. Təlimdən arzu edən hər kəs iştirak edə bilər. Təlimin məqsədi turizm sahəsinin potesial gələcək kadrlarına restoran sahəsində xidmət qaydalarını öyrətmək və praktik olaraq göstərməkdir.

Təlimçi: İlkin Əhmədov, hotel sahəsində on illik iş təcrübəsinə malikdir. Hazırda Azərbaycan Turizm və Menecment Univeritetinin Mehmanxana və Restoran Biznesi kafedrasında müəllim olaraq çalışır.

Təlimdə iştirak ödənişsizdir. Təlim 28 noyabr 2015 – ci il saat 13:00 – da New Baku Otelində keçiriləcəkdir.

QEYD: Təlimdə yer məhdudiyyəti olduğundan iştirakınıza əmin olduğunuz halda qeydiyyatdan keçmənizi xahiş edirik.

Qeydiyyat

Telefon: +994504308011

Bəyən və paylaş

Rəylər

rəy(lər)