Rəy(Reference) – in məqsədi nədir və metodları hansılardır

Rəyin məqsədi işə götürülməsi düşünülən işçi haqqında faktiki məlumatı, onun xarakteri və uyğunluğu barədə fikirləri əldə etməkdir. Faktiki məlumatlar sadə və vacibdir. Sadəcə bizə lazımdır ki, namizədin əvvəlki işdəki münasibəti, çalışdığı müddət, işdən ayrılma səbəbi və uyğun əmək haqqı dərəcəsini öyrənək. Xarakter və uyğunluq barədə rəylər daha az etibarlı olur və bu kimi hallarda ehtiyatlı olmaq lazımdır. Səbəbi bəllidir, bəzi işə götürənlər öz ürəyi açıqlıqlarından və ya işçi haqqında mənfi rəyli açıqlamalardan çəkinməyə meyillidirlər, düşünürlərki işçiyə şər, böhtan və iftira atmış kimi görsənərlər. Rəylər əslində həqiqəti əks etdirməlidir ki, ən düzgün olan da budur.

Yazılı rəylər adətən standart olsa da, vaxta qənaət etməyə yardımçı olur. Bunu iş təcrübəsini və şəxsin xarakterini özündə əks etdirən məktub şəkilində əldə etmək olar. Bura iş haqqında qısa məlumat daxil edilərsə, əvvəlki işəgötürənlərdən şəxsin işə uyğunluğu barədə fikirlərini bildirmələri istənilə bilər. İş və şirkətlər eyni olmasa, mövcud və ya köhnə işəgötürənlər fərqli bir mühitdə başqa bir iş üçün xüsusilə yaxşı bilmədikləri birinin uyğunluğunu nə dərəcədə mühakimə edə bilər?

İşəgötürənin prosesi tamamlanması üçün standart bir forma verildiyi təqdirdə daha faktiki cavablar əldə edilə bilər. Bu formada verilən suallara aşağıdakılar daxil ola bilər:

●İş təcrübəsinin müddəti nə qədər idi?

● Vəzifə adı nə idi?

● Hansı işləri görürdü?

● Ödəniş və ya əmək haqqısı nə qədər idi?

● Son 12 ay ərzində üzrsüz qaldığı müddət nə qədər idi?

● Yenidən işə götürərdinizmi (əgər cavab xeyirdisə niyə )?

Telefon rəyləri alternativ və ya yazılı müraciətlərə əlavə olaraq istifadə edilə bilər. Telefon danışığının böyük üstünlüyü odur ki, insanlar yazılı şəkildə özlərini öhdəsinə götürməli olduqlarından daha çox şifahi bir fikir söyləməyə daha çox meyllidirlər. Telefondan istifadə edərək vaxta da qənaət etmək olar.

İşəgötürənin rəyləri, gələcək işçinin verdiyi faktları yoxlamaq üçün lazımdır. Fikirlərə daha ehtiyatla yanaşmaq lazımdır. Əgər bir rəy şübhə doğurursa onu başqa işəgötürənin rəyi ilə müqayisə etmək olar. Mənfi rəylər adətən nadir hallarda olur və mümkünsə bu zaman telefon ilə yoxlama aparmaq olar.

Ali Babayev

Bir cavab yazın

Back to top button