Rihand MMC Satış təmsilçisi vəzifəsinə vakansiya elan edir

Rihand MMC Satış təmsilçisi vəzifəsinə vakansiya elan edir.

  Rihand.az tətbiqi gözəllik sahəsində rəqəmsal platformada salonların və gözəllik ustalarının şəxsi brendiqinin yaradılmasını həyata keçirən tətbiqdir. Rihand MMC gözəllik və sağlamlıq sahəsi üzrə çalışan sahibkarları, peşəkar mütəxəssisləri və müştəriləri birləşdirərək iş sistemlərinin avtomatlaşdırılması və onlayn növbə sistemini təmin edərək daha geniş seçim imkanı təmin edən vahid platformadır.  

Satış təmsilçisinin Vəzifə öhdəlikləri:

 

  • Gözəllik salonları və ustalarına Rihand proqramının satışını həyata keçirmək
  • Proqram təminatının işləmə qaydasının izah edilməsi və tətbiq edilməsi
  • Təşkilatın mövcud müştəriləri ilə daima əlaqələr yaratmaq, onların yeni xidmətlərə olan ehtiyaclarını, istifadə etdikləri xidmətlərin keyfiyyətləri barədə rəylərini öyrənmək;
  • Təşkilata yeni müştərilər cəlb etmək;
  • Təşkilatın xidmətləri barədə mövcud və potensial müştəriləri məlumatlandırmaq;
  • Xidmətlərin təşviqini və satışını həyata keçirmək;
  • Xidmətlər üçün müraciətlərin qeydiyyatını aparmaq;
  • Xidmətlərin keyfiyyətinə nəzarət etmək;
  • Təşkilatın Direktorunun satışla bağlı ona həvalə etdiyi digər funksiyaları həyata keçirmək.

 

Satış təmsilçisi Vəzifəsinə olan tələblər:

 

  • Enerjili, İnsanlarla tez ünsiyyətə girə bilmək qabiliyyəti;
  • Məhsulu təqdim etmə qabiliyyətinin yüksək olması
  • Daxili bazarda gözəllik sahəsinə agah olması
  • Gözəllik sahəsində təcrübəsi və ya bu sahəyə böyük marağının olması
  • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq qabiliyyəti;
  • Texnoloji mənimsəmə qabiliyyəti
  • Təşkilatın xidmətlərini təşviqetmək və satmaq bacarığı;
  • Komandada işləyə bilmək qabiliyyəti;
  • Rus dilini bilməsi üstünlükdür
  • Qarşısına qoyduğu məqsədə çatmaq qabililiyyəti;

  Biz Sizə nə vəd edirik:  

  • Fiks maaş və əlavə satış faizi
  • Daimi öyrənmək və inkişaf imkanı, mehriban və səmimi kollektivdə iş
  • Performansın dəyərləndirilməsi, gördüyü işlər haqqında daimi geri dönüş, təcrübə mübadiləsi
  • İş keyfiyyəti yüksək olan şəxslərin mükafatlandırılması
  • Müasir idarəetmə metodikası vasitəsilə qısa zamanda yüksələn iş performansınızı təyin edə bilmə
  • Daxili və xarici bazar təcrübəsindən faydalanmaq
  • Sürətli inkişaf etmə prespektivi
  • İş keyfiyyətinə görə seçilən şəxslər idarəedici vəzifəyə təyin olunacaq
  • Həyata keçirdikləri satışlardan yüksək komissiya əldə edəcəklər
  • Hədəfləri yerinə yetirən şəxslər əlavə olaraq bonuslarla mükafatlandırılacaqlar
  • Hər bir əməkdaşın inkişafı üçün təlimlər təmin ediləcək
  • Komandaya qoşulacaq əməkdaşlar il sonunda DİSC modelində test verərək xarakterinə uyğun olaraq hansı sahədə daha effektli və xoşbəxt olacağı təyin ediləcək, istəyə bağlı olaraq o sahəyə yönləndiriləcək.
  • Əmək qanunvericiliyinə uyğun iş şəraiti.

    Namizədlərin öz cv-lərini [email protected] email ünvanına göndərmələri və mövzu hissəsində vakansiyanın adının qeyd edilməsi xahiş olunur.

_____________________________________________________________________________________________________________________

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK:Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok: edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az