1 İyul 12:15

“Rio 2016 Birlikdə Güclüyük” layihəsinin təqdimatı keçirilib

30 iyun 2016-cı il tarixində Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasinda “Rio 2016 Yay Olimpiya Oyunları haqqında son məlumatlar və “Rio 2016 Birlikdə Güclüyük” layihəsinin təqdimatı keçirildi.

Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Ağacan Abıyev, Gənclər və İdman Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin rəisi və Rio 2016 Yay Olimpiya Oyunları üçün Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov iştirak etmişdir.

Çingiz Hüseynzadə: Bugünki tədbirimiz MOK-unBeynəlxalq Olimpiya Komitəsi tərəfindən edilmiş dəyişilikliklərin müvafiq federasiyalarına çatdırmaqdan ibarətdir. BOK-nin son sessiyanlarında “Agenda 2020” gündəliyi qəbul edilmişdir ki, burada Olimpiya brendinin idman federasiyalarına təqdim olunması əsas məsələlərdən biridir.”

Artıq 2015-ci ildən Olimpiya Oyunlarına hazırlıq prosesinin davam etdiyini qeyd edən İlham Mədətov,  bu zaman ərzində Azərbaycan nümayəndə heyətinin akreditasiya olunması və formalarla bağlı son məlumatıları çatdırdı.

Marketinq departamentinin direktoru Mehman Kərimov «Olimpiya Gündəliyi-2020»  haqqında ətraflı məlumat təqdim etdi.  «Olimpiya Gündəliyi-2020» tövsiyyələrini həyata keçirməklə MOK-un marketinq fəaliyyətini və Beynəlxalq və Milli Olimpiya brendindən istifadəni gücləndirilməsi haqqında fmuxtəlif fikirlər səsləndirildi.

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)