Risklərinin idarə edilməsi bölməsinin Baş mütəxəssisi vakansiyası

Risklərinin idarə edilməsi bölməsinin Baş mütəxəssisi PAŞA Kapital İnvestisiya Şirkəti QSC (Şirkət) potensial namizədləri Risklərin idarə edilməsi bölməsinin Baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Vəzifə öhdəlikləri: ·Starteji hədəflərə gedən yolda yarana biləcək risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verilməsi, eləcə də qərarların qəbul edilməsində iştirak; ·Əməliyyat, bazar və kredit risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak; ·Əməliyyat, bazar və kredit risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi; ·Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi; ·Şirkətin struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi; ·Şirkətin riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi; ·Şirkətdə risk mədəniyyətinin yüksəldilməsi məqsədilə struktur bölmələrdə maarifləndirmə işlərinin həyata keçirilməsi. Namizədlərə əsas tələblər: ·Vətəndaş qüsursuzluğuna malik olma; ·Ali iqtisadi və ya maliyyə təhsili; ·Zəruri minimum iş təcrübəsi 3 il, risklərin idarə edilməsi funksiyası üzrə 1il; ·Kompyuterbiliyi: Microsoft Office (Word, Excel, Power Point, Outlook), Statistik proqramlar; ·Azərbaycan, Rus və İngilis dillərində sərbəst iş aparmaq qabiliyyəti: o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması; ·Digər tələblər: Texniki – analitik biliklər; ·Qanunvericilik, sənədləşmə biliyi: Maliyyə qurumlarında prudensial tələblər və qaydalar; · CFA və ya FRM sertifikasiyası üzrə nəticələr əldə etmiş namizədlərə üstünlük veriləcəkdir. Maraqlanan şəxslər elektron məktub başlığında Risklərin idarə edilməsi bölməsinin Baş mütəxəssisi qeyd etməklə öz CV-lərini[email protected]ünvanına göndərə bilərlər.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az