Çərşənbə axşamı, 1 İyul, 2025

Riteyl Bankirlər Məktəbi layihəsi


  • Dərc edildi: 25 Noyabr, 2021 - 09:54
Riteyl Bankirlər Məktəbi layihəsi

AccessBank karyerasını bankçılıq sahəsi üzrə qurmaq istəyən universitet məzunları üçün Riteyl Bankirlər Məktəbi layihəsini elan edir. 🎓 Layihədə fərqlənən namizədlər yerli Avropa bankında işlə təmin olunacaqlar. Proqrama qoşulmaq istəyən gəncləri postda işarələyin ki, xəbərdar olsunlar!

Təsvir

AccessBank iş təcrübəsi olmayan və bankçılıq üzrə karyerasını qurmaq istəyən universitet məzunları üçün “Riteyl Bankirlər Məktəbi" layihəsinə start verir.

Layihənin əsas məqsədi gəncləri bankçılığa cəlb etmək, yeni liderlər yetişdirmək və onları işlə təmin etməkdir.Layihə iştirakçıları üç ay ərzində bankçılıq üzrə nəzəri və praktik biliklər əldə edəcək, müxtəlif təlim və seminarlarda, Baş ofis və filiallarda təcrübə keçəcəklər. Təcrübə müddəti ərzində fərqlənən iştirakçılar layihənin sonunda yerli Avropa Bankının komandasının rəsmi üzvü olmaq şansı da qazanacaqlar.

Tələblər

  • İqtisadiyyat və ya müvafiq sahələrdə Bakalavr səviyyəsi üzrə yeni məzunlar;
  • Dil bilikləri: azərbaycan dili – səlis, xarici dil (ingilis/rus) bilməsi alqışlanır;
  • Yüksək ünsiyyətqurma bacarığı;
  • Aktivlik və operativlik;
  • Təşəbbüskarlıq və komandada işləmək bacarığı.

Layihəyə qatılmaq üçün ➡️https://bit.ly/3HLTirz

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 14
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 11
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 216
Məktəbəhazırlıq qrup...