Riyaziyyat müəllimi/koordinator vakansiyası

Vakansiya: Riyaziyyat müəllimi/koordinator

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin nəzdində fəaliyyət göstərən Təlim Mərkəzinə Riyaziyyat müəllimi/koordinator vəzifəsi üçün vakansiya mövcuddur.

Tələblər:

• Pedaqoji ixtisas üzrə Bakalavr dərəcəsi
• Pedaqoji sahədə təcrübə
• İngilis dili bacarığı
• İKT bacarıqları (MS Office, email, internetdə araşdırma, ağıllı lövhədən istifadə və s.)

Əsas vəzifələr:

• Riyaziyyat fənninin ingilis dilində 5-12 yaşlı uşaqlara tədrisi
• Səmərəli təlim metodları ilə bağlı kurslarda iştirak və buna əsasən digər müəllimlər üçün treninqlərin təşkili
• Yeni fəaliyyətə başlayan Təlim Mərkəzinin cari fəaliyyətinin idarəolunması və genişlənməsində aktiv rol alma

Namizəddə axtarılan xüsusiyyətlər:

• İxtisas üzrə 3 il iş təcrübəsi
• İngilis dili bilik və bacarıqlarının göstəricisi olan sənəd (minimum B2)
• Kompütür elmləri üzrə müasir proqram dillərini öyrədə bilmə bacarığı
• Uşaqlara qarşı sevgi
• 5-12 yaşlı şagirdlərlə işləmə həvəsi və bacarığı
• Uşaqların təhsildə daha yüksək nailiyyətlər əldə etmələrinə can atma
• Pedaqoji kollektivlə işləmə bacarığı
• Təşkilatçılıq
• Təhsil idarəçiliyi ilə bağlı karyera hədəfi
• Pozitiv və effektli ünisyyət bacarıqları
• Özünü daim inkişaf etdirmə, öyrənmə və öyrətmə üçün daxili motivasiyaya

Namizədi seçimlərdə fərqləndirən üstünlüklər:

• 500+ Universitet qəbul balı
• Riyaziyyat ixtisası üzrə bakalavr
• Təhsilin idarəolunması və ya MBA üzrə magist təhsili
• Bakalavr İxtisası üzrə yüksək qiymətlər
• Müasir təlim metodları ilə bağlı məlumatlılıq
• Təşkilatçılıq və ya idarəetmə təcrübəsi

Qeyd: CV göndərmək istəyən namizəd aşağıdakı linkə daxil olub göndərə bilər.
https://www.21esr.com/career/jobaz/vacancy/45-riyaziyyat-muallimi-koordinator

Bir cavab yazın

Back to top button