28 Fevral 12:19

Riyaziyyat və Mexanika İnstitutunda məktəblilər üçün növbəti elmi-populyar mühazirə keçiriləcək

AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan növbəti elmi-populyar mühazirə və seminar keçiriləcək.

Martın 2-də saat 15:00-da baş tutacaq tədbir “Hərəkət çevrilmələri” mövzusuna həsr olunacaq.

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları tərəfindən aparılan seminar və mühazirələrdə orta məktəb şagirdləri və müəllimlər iştirak edə bilərlər.

Ünvan: Bakı ş., B.Vahabzadə küç., 9;

Telefon: (+ 994 12) 539 39 24;

Mob: (+994 55) 756 21 02;

E-mail: [email protected], [email protected]

©  www.science.gov.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)