2 Aprel 15:12

Riyaziyyat və Mexanika İnstitutunun 60 illik yubileyinə həsr olunan konfrans keçiriləcək

Riyaziyyat və Mexanika İnstitutunun 60 illik yubileyinə həsr olunan konfrans keçiriləcək

23-25 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun 60 illik yubileyinə həsr olunan “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Tədbirdə “Funksional analiz və operatorlar nəzəriyyəsi”, “Diferensial tənliklər və optimal idarəetmə”, “Azərbaycanda riyaziyyatın və riyazi təhsilin inkişafı tarixi” və “Mexanika və tətbiqi riyaziyyat” bölmələri üzrə müzakirələr aparılacaq.

Konfrans haqqında ətraflı məlumatı imm60.imm.az saytından əldə etmək olar.

Bəyən və paylaş

Rəylər

rəy(lər)