12 Aprel 07:14

Road to Marketing (R2M)

DİA Biznes Klubu və “Gənclərin Maarifləndirilməsinə Kömək” İctimai Birliyi “Road to Marketing (R2M)” layihəsini tələbələrə özəl ÖDƏNİŞSİZ olaraq təqdim edir!

Nəzərinizə çatdıraq ki, layihə iki gün ərzində, 3 hissədən ibarət olaraq reallaşdıracaq.

Marketinq sahəsində professional olmaq istəyən, bu sahəyə maraq göstərən tələbələrimiz həm nəzəri, həm praktiki olaraq təlimləndiriləcək, sonda praktiki məşğələ ilə biliklərini realizə etmə imkanına malik olacaqlar.

Layihənin sonunda layihənin hər iki günündə iştirakçı olan tələbələrə iştiraklarını təsdiq edən SERTİFİKAT təqdim olunacaqdır.

İlk təlim 2 saat müddətində davam edən, Marketing sahəsinin dərinliklərindən bəhs edən “4×4 marketinq” təlimi olacaqdır.
Digər təlim bugünümüzün əsas inkişaf sahələrindən olan “Rəqəmsal Marketinq” haqqında olacaqdır.
Təlimləndirmədən sonra siz tərəfimizdən reallaşdırılacaq “Praktiki məşğələ” ilə qazandığınız bilikləri möhkəmləndirə biləcəksiniz.

Biz sizə bütün bunları Təmənnasız olaraq təklif edirik!

Qeydiyyat linki:
http://goo.gl/forms/qWcP5zSzDI

Qeyd:Təlimdə iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.

Vaxt:
Layihənin ilk günü: 16.04.2016; 15:00-17:00
Layihənin ikinci günü: 17.04.2016; 13:00-17:00

DİA Biznes Klubu tələbələrin fərdi inkişafına dəstək olmaq, onları gələcək iş həyatlarına hazırlamaq məqsədilə 2012-ci ildə Dövlət İdarəçilik Akademiyasında yaradılmışdır. Biznes, İqtisadiyyat, Menecment, Fərdi İnkişaf və Soft Skills profilləri üzrə tədbirlər həyata keçirən klubda aktiv iştirak etməklə gələcək karyera həyatınızda üstünlük əldə edə bilərsiniz.

Klubla Facebook profili və eyni zamanda birbaşa idarə heyəti üzvləri vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Əlaqə Telefonu: 055 44 715 42 (Sədr müavini Elməddin Yusifli)

Biznes Klubla ÖYRƏN, ƏYLƏN, FƏRQLƏN!

Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyi 27 iyun 2012-ci ildə bir qrup maarifçi ali təhsilli Azərbaycan vətəndaşları – gənclər tərəfindən yaradılmışdır. İctimai Birlik 1 fevral 2013-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçirilmişdir.
Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyi əsasən müasir cəmiyyətimizin maarifləndirilmə yolu ilə inkişafına, Dövlətçiliyimizə və Xalqımıza layiqincə xidmət etməyi qarşısına məqsəd qoymuş Azərbaycan gənclərini birləşdirən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçirilmiş qeyri-hökumət təşkilatıdır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)