8 İyun 14:53

Robotik və Kodlaşdırma Təhsili Uşaqlara nə vəd edir?

Robot hazırlama və kodlaşdırma, hal-hazırda təhsil və iş dünyasında ən diqqət çəkən xüsusiyyətlərini bir yerə gətirən təhsil olaraq, hər il daha çox uşaq və böyüklərin diqqətini çəkir. Texniki baxımdan robot hazırlamağı və bu robotlara əmrlər verməyi öyrənən uşaqlar, robot hazırlama və kodlaşdırma təlimləri zamanı komanda olaraq birlikdə öyrənməyi də təcrübə edirlər. Robotların özlərinə xas idarə sistemləri ilə tanış olan uşaqlar, texnologiya hazırlamağa başlanğıc səviyyədən başlayırlar.

21- ci əsrin ən diqqət çəkən sahələrindən olan robotik və kodlaşdırma, STEM sahələrinə təbliğin artması ilə daha vacib hala gəldi. Gələcəyə istiqamət verən texnologiyaların ilk addımlarının atıldığı bu təhsil sahələrində uşaqlar texniki biliklərdən əlavə olaraq çox dəyərli məlumatlar əldə edirlər: Problem həll etmə bacarığı, komanda işi, yaradıcılıq, layihə planlaması və idaretməsi.

 

Bu gün kodlaşdırma sosial elmlərdən mühəndisliyə qədər hər sahədə istifadə edilir. Bu istifadə sahəsinin yayılacağı və daha çox ərazini əhatə edəcəyi görünür. Buna görə də, qarşıdakı on ildə hərkəsin kodlaşdırma bilməsinə ehtiyac olacaq. Bu da indiki uşaqların və gənclərin xüsusilədə iş həyatında uğurlu olmaq üçün kodlaşdırma biliyinə ehtiyacı olacağı mənasına gəlir.

Robotik və kodlaşdırma təhsilinə oyuncaqlarla başlayın

İndiki zamanda uşaqlar oxumaqları üçün kodlaşdırmaya başlaya bilərlər. Bu gün bir çox oyuncaq və oyunlar hazırlayan şirkətlər balaca uşaqlar üçün alternativlər hazırlamağa başlayıblar. Bəziləri ayaqqabılarını belə bağlaya bilməyəcək qədər kiçik uşaqlar üçün dizayn olundu. ScratchJr kimi bir çox tətbiqlərə Android və iOS dəstəkləyən mobil telefonlarda və planşetlərdə istifadə edilə bilir. Valideynlərin bu tətbiqləri və oyuncaqlar haqqında maarfiləndirilməsi çox vacibdir. Çünki, kompyuter elminə kiçik yaşda başlayan uşaqlar üçün inkişaf etmiş kodlarla işləmək daha asan olacaq.

10 yaşında olan uşaqlar, artıq  kompyuterdə dil kodlaşdırmağa başlaya bilər. Bu yaşlardakı uşaqlar daha sofistik bir zehin nəzəriyyəsi inkişaf etdirir və başqalarının nələr düşündüklərini və hisslərini əvvəldən duya bilirlər. Bu da öz layihələrini hazırlamağa və tətbiq etməyə başlayacaqları mənasına gəlir.

Robotik və kodlaşdırma təhsili ilə maraqlanan valideynlər üçün onu da qeyd edək ki, STEP Kompüter Akademiyası “Kiçik Kompüter  Akademiyası” proqramında Məşğələlər təcrübə, praktiki iş şəklində keçirilir: uşaqlar kompüterdə işləyir, peşəkar studiyalarda foto çəkir, öz oyunlarını və saytlarını yaradırlar, bədii studiyada rəsm əsərləri çəkirlər. Ətraflı məlumat üçün: itstep.az

Bəyən və paylaş