23 İyul 18:28

“Robotların quraşdırılması və proqramlaşdırılması” mövzusunda ödənişsiz master-klass keçiriləcək

İyulun 27-si saat 12:00-da STEP IT Academy-də “Robotların quraşdırılması və proqramlaşdırılması” mövzusunda ödənişsiz master-klass keçiriləcək.
Master-klass 9-14 yaş arası, hələ Akademiyamızın tələbəsi olmayan uşaqlar üçün nəzərdə tutulub.

Uşaqlar robotlar və əyləncəli proqramlaşdırma dünyasına baş vuracaqlar. Bu kurs məntiqi düşüncəni və ümumiyyətlə düşüncəni inkişaf etdirməyə yardımçı olur. Hər zaman özünə “mən nə edirəm”, “mən bunu nəyə görə edirəm” və “mən bunu necə edirəm” suallarını vermək bacarığını inkişaf etdirməyə kömək edəcək. Gələcəkdə bu bacarıqlar onlara çoxlu zaman və güc qənaət etdirəcək.

Gənc mühəndislər oyun formasında əyləncəli robotexnika dünyasını özləri üçün kəşf edəcəklər:

robototexnika mövzusunda giriş dərsi;
konstruksiyaların əsasları;
proqramlaşdırmanın əsasları.

Təlimçimiz iştirakçılara “supertapşırıq” verəcək, və onun həlli üçün onlar yeni qazanılmış bütün superbacarıqların istifadə etməli olacaqlar.

Master-klass STEP IT Academy-nin aparıcı təlimçisi Nadir Zamanov tərəfindən keçiriləcək. Buna görə iştirakçılar 2 saat ərzində qiymətli biliklər və mütəxəssislə ünsiyyət qurmaq imkanını əldə edəcəklər. Əsl robotları verilən marşrut üzrə hərəkət etdirməyi, və onu məsafədə idarə etməyi öyrənəcəklər.

Yerlər məhduddur.

Müddət: 2 saat

Dil: azərbaycan

Tarix: 27 iyul, 12.00

Ünvan: Koroğlu Rəhimov 70

Master-klass ödənişsizdir və akademiyanın tələbələri olmayan uşaqlar üçün nəzərdə tutulub. Qeydiyyat – http://bit.ly/2YdVjVf

Bəyən və paylaş