24 Mart 22:00

Rumıniyanın Milli Təhsil Nazirliyi 2018-2019-cu tədris ili üçün təqaüd proqramı elan edir

Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil
Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 11 oktyabr 2011-ci il tarixində
Buxarest şəhərində imzalanmış müqaviləyə uyğun olaraq, Rumıniya Milli Təhsil Nazirliyi

2018/19-cu tədris ili üçün Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir:

Təhsil səviyyəsi: bakalavriat, magistratura, doktorantura
Yaş həddi: bakalavriat və magistratura üçün 35, doktorantura üçün 45 yaşadək
Tədris dili: rumın
Müraciət forması:
• Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları
ərizə formasını doldurmalı və 12.04.2018-ci il 14:00-a kimi tələb olunan bütün
sənədlərin surətini (skan pdf formatında) mövzu yerinə “Romanian Scholarship
Programme” yazıb elektron poçtla [email protected] ünvanına
göndərməlidir;
• Elektron poçtla göndərilən sənədlərin əslinin yalnız 13.04.2018-ci il 16:00-dan
17:00-dək Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə əlaqədar şəxsə
(Aysel Kərimliyə) təqdim olunması xahiş olunur.

Ətraflı məlumat

Ruminya-elan

Bəyən və paylaş

Rəylər

rəy(lər)