Rumıniyanın Xarici İşlər Nazirliyinin 2021/2022-ci tədris ili üçün təqaüd proqramı

Rumıniyanın Xarici İşlər Nazirliyinin 2021/2022-ci tədris ili üçün təqaüd proqramı
Rumıniya Xarici İşlər Nazirliyi 2021/2022-ci tədris ili üzrə ali təhsilin müxtəlif səviyyələri üzrə
təqaüd proqramı elan edir.

Təhsil səviyyəsi: bakalavriat, magistratura, doktorantura
Tədris dili: rumın dili

İxtisaslar: memarlıq, incəsənət, Rumıniya mədəniyyəti və sivilizasiyası, jurnalistika,
siyasi və idarəetmə elmləri, təhsil, sosial və humanitar elmlər, neft-qaz, kənd təsərrüfatı və texnologiya elmləri, baytarlıq.

Qeyd: tibb, stomatologiya və əczaçılıq ixtisasları nəzərdə tutulmamışdır.

Maliyyələşmə: təhsil haqqı, yataqxana xərcləri və aylıq maliyyə dəstəyi (bakalavriat – 65 avro, magistratura təhsil səviyyəsi üçün 75 avro, doktorantura 85 avro).

Qidalanma və nəqliyyat xərclərinin şəxsi vəsaitlə qarşılanması nəzərdə tutulmuşdur.

Proqram haqqında təlimatlar: https://www.mae.ro/en/node/10251
Əlavə məlumat:
http://www.mae.ro/sites/default/files/file/anul_2020/pdf_2020/2020.11.13_informations_on_the_
scholarship_programme.pdf

Son tarix: 23.04.2021-ci il

Tələb olunan sənədlərin siyahısı keçiddən əldə edilə bilər.

Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları yuxarıdakı keçiddə göstərilən müvafiq ərizə formaları ilə birgə tələb olunan sənədləri 23.04.2021-ci il tarixinədək Rumıniyanın Azərbaycandakı Səfirliyinə təqdim etməlidir.

Namizədlərin seçimi Rumıniyanın aidiyyəti nazirliyi tərəfindən həyata keçirilir.
Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə Rumıniyanın Azərbaycandakı Səfirliyi
ilə qeyd olunan elektron poçt vasitəsilə ([email protected]) əlaqə saxlamağınız və bütün sənədləri
təqdim etməzdən əvvəl Səfirliklə qəbul vaxtı təyin etməyiniz tövsiyə edilir.

Bir cavab yazın

Back to top button