Rus qrupu üzrə məktəbəqədər hazırlıq müəllimi vakansiyası
UŞAQ İNKİŞAF MƏRKƏZİ “ALFA KİDS”
VAKANSİYA
Vəzifə: Rus qrupu üzrə məktəbəqədər hazırlıq müəllimi
Vəzifə öhdəlikləri:
Azyaşlı uşaqlara təlim proqramına uyğun olaraq fənnləri tədris etmək;
Müəyyən edilmiş gün rejiminə və dərs cədvəlinə ciddi riayət etmək;
Azyaşlı uşaqların dərs müddətində təlim-tərbiyəsinə nəzarət etmək və bu məsələlər üzrə valideynlərlə iş aparmaq;
Uşaqlarla korreksiya-tərbiyəedici işlər aparmaq;
Öyrədici-əyləncəli təlim üsullarından istifadə etmək;
Mütəmadi olaraq rəhbərliyə hesabat vermək və prosesin gedişatı haqqında məlumatlandırmaq.
Tələblər:
Təcrübə: Bağça və ya uşaq inkişaf mərkəzlərində 3-5 il iş təcrübəsi.
Məktəbəqədər yaşlı uşaqların inkişaf psixologiyasını bilmək; Məsuliyyətli, uşaqları sevən, komandada iş bacarığı, səbrli, yaradıcı, ünsiyyətcil, emosional yetkin, öyrənmək və öyrətmək bacarığı;
Təhsil: Ali və ya orta ixtisas təhsilli (məktəbəqədər və ya ibtidai sinif müəllimliyi ixitsasi üzrə).
Dil biliyi: Rus dili mükəmməl səviyyədə
Cins: Qadın
İş yeri: Bakı şəhəri.
İş rejimi: qrafik üzrə
Əmək haqqı: müqavilə üzrə
Maraqlanan namizədlərdən “mövzu başlığı”-na vakansiyanın adını qeyd edərək CV-lərini «[email protected]» ünvanına göndərməkləri xahiş olunur.