Ruslan Malikov. Rejissor sənəti üzrə ustad dərsi

Ruslan Malikov 1998-ci ildə Moskva Dövlət Mədəniyyət Universitetini “Teatr rejissorluğu” ixtisası üzrə bitirib. Universiteti bitirdikdən sonra tələbə kursu Moskva Dövlət Universitetinin mədəniyyət mərkəzinin bazasında “DSV tələbə teatrı”na cevrilir. Burada o, 1998-2002-ci illər ərzində C. B. Pristli – “Zaman və Konvey ailəsi” , E. Şvars – “Qırmızı Papaq” , E. Qremina – “Saxalin zövcəsi”, U. Şekspir “Nəticəsiz sevgi səyləri” tamaşalarını hazırlayır.

O, “STS” telekanalı yaradıcı qrupun üzvü (pilot buraxılışları), “Kvartirka” teleserialı -“TNT” telekanalı, yaradıcı prodüseridir.

Əsasən sənədli, sosial teatr və yeni dram ilə məşğul olur və Moskvanın “Praktika” (“Ked”, “Bərbər qadın”, “Güllə yığan”, “Tanrılar”), Teatre.doc (“Moldavanların karton qutusuna görə müharibəsi”, “Böyük yeyib-içmək”, “89-93 (Skvotlar)”), Millətlər Teatrı (“Atmaq asandır”, “Toxunulanlar”), MTM (Meyerxold adına Teatr Mərkəzi) (“Qısa metr”) teatrlarında çalışıb.

*

Dərs rus dilində keçiriləcək. Azərbaycan dilinə tərcümə təmin olunacaq.

GİRİŞ SƏRBƏSTDİR
Ustad dərsində iştirak üçün qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyat üçün: 0502893132
Tarix:4 noyabr
Saat: 18.00-20.00
Məkan – YARAT Müasir İncəsənət Mərkəzi


Sosial Şəbəkələrdə Bizi İzləyin!
         

Bir cavab yazın

Back to top button
Close