5 İyul 10:13

Şəffaflıq və Yaxşı İdarəetmə mövzusunda Teatr-əsaslı təlim

Əziz gənclər,

Sizi 5 günlük Teatr-əaslı Təlimə dəvət edirik!

Təlim kursu “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi və Amerika Təhsilli Azərbaycanlı Məzunlar Assosasiyası ilə birgə Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə həyata keçirilir. Təlimin keçirilməsində əsas məqsəd şəffaflıq və yaxşı idarəetmə haqqında gəncləri maarifləndirmək və biliklərini sosial tamaşalar vasitəsilə öz həmyaşıdları ilə paylaşmasını təmin etməkdir.

Müraciət üçün əsas kriteriyalar:
– 18-25 yaş
– şəffaflıq, yaxşı idarəetmə mövzusunda biliklərini artırmaqda maraqlı olmaq
– biliklərini həmyaşıdları ilə paylaşmaq istəyi
– sosial teatrda oynamağa həvəsli olmaq
– 01-05 avqust tarixlərində hər gün iştirak edə bilmək

Gün: 01-05 avqust 2016-cı il
Saat: 10:00-18:00 ( hər gün)
Son müraciət tarixi: 24 iyul 2016-cı il.

Seçim mərhələsini uğurla keçən müraciətçilərə 27 iyul tarixinədən email və telefon vasitəsi ilə məlumat veriləcək.

Müraciət etmək üçün aşağıdakı formanı doldurmağınız gərəkir:http://goo.gl/forms/nZhzCNEUqrG7KGWF2

İştirakçılar nahar, çay fasiləsi və sertifikatla təmin olunacaqlar.

Əlaqə vasitəsi:
email: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)