5 Noyabr 13:10

Sərgi: “Urban Sketchıng” by Nigar

Nigar Seyidova 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Respublika İncəsənət Gimnaziyasında fortepiano ixtisası üzrə başa vurmuşdur. Hal-hazırda ali təhsilini Azərbaycan Dövlət Rəssamlıq akademiyasında rəssam-memar ixtisası üzrə davam etdirir. Dördüncü kurs tələbəsidir. Çoxsaylı rəngkarlıq və foto sərgilərinin iştirakçısı kimi çıxış etmişdir.
“Şəhər eskizləri” adlı sərgim Bakının memarlıq abidələrinə həsr edilmişdir. Bakını, xüsusən də onun 19-20-ci əsrlərə aid memarlıq abidələrini çox sevirəm və ümid edirəm ki, sərgidə nümayiş olunacaq eskizlər ziyarətçilərin marağına səbəb olacaq. Çünki işlərimdə Bakının memarlıq abidələrinə fərqli baxış bucağından yanaşaraq onları rənglərə boyamışam.”

12189028_957116767688869_3139482878872707371_n

Bəyən və paylaş

Rəylər

rəy(lər)