reklam

ADA Universitetinin Hüquq Proqramı üçün saathesabı müəllim vəzifəsinə sənəd qəbulu elan edilir!

SAATHESABI MÜƏLLİM

HÜQUQ PROQRAMI| İCTİMAİ VƏ BEYNƏLXALQ ƏLAQƏLƏR FAKÜLTƏSİ

Description

  “ADA” Universiteti Hüquq Proqramı peşəkar təcrübəsi və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olan hüquqşünas namizədləri hüquqşünaslıq ixtisasında “Əşya Hüququ,”[1]“Hüquqi Tədqiqat və Yazı II[2]və “Avropa İttifaqi Hüququ[3]fənlərinin tədris olunması məqsədi ilə saathesabı müəllim vəzifəsinə müraciət etməyə dəvət edir. “ADA” Universiteti beynəlxalq mühitdə birgə işləmək əzmində olan, müasir elmi-pedaqoji metodlarla yaxından tanış olan, dinamik və enerjili müəllimlərin seçilməsində maraqlıdır. “Əşya Hüququ” fənni üzrə seçim prosesindən uğurla keçmiş şəxs yaz semestri ərzində 37.5 saat mühazirə (həftədə hər biri 75 dəqiqə olmaqla iki mühazirə) və 17.5 saat məşğələ (həftədə hər biri 75 dəqiqə olmaqla bir məşğələ) aparmalıdırlar. “Hüquqi Tədqiqat və Yazı II” fənni üzrə seçim prosesindən uğurla keçmiş şəxs yaz semestri ərzində 37.5 saat mühazirə və məşğələ (həftədə hər biri 75 dəqiqə olmaqla bir mühazirə və məşğələ) aparmalıdırlar. “Avropa İttifaqi Hüququ” fənni üzrə seçim prosesindən uğurla keçmiş şəxs yaz semestri ərzində 37.5 saat mühazirə və məşğələ (həftədə hər biri 75 dəqiqə olmaqla bir mühazirə və məşğələ) aparmalıdırlar. “ADA” Universiteti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin işə qəbul prosesində hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.   [1]Mülkiyyət hüququ fənni Azərbaycan dilində tədris olunur və əsasən əşya və mülkiyyət hüququnun əsasları, əşya hüququnun obyektləri, mülkiyyət hüququnun məzmunu, mülkiyyət hüququnun subyektləri, mülkiyyətin növəri, mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi, mülkiyyət hüququnun xüsusi növləri (məs., ümumi mülkiyyət), əşya təminat hüququ (ipoteka, girov), əşya istifadə hüquqları (məs., uzufrukt, servitut), mülkiyyət və sair əşya hüquqlarının hüquqi müdafiəsi kimi mövzuların təhlili və bu mövzular üzrə faktiki ssenarilərə müvafiq hüquq normalarının tətbiqi və təhlili vərdişlərinin formalaşdırılmasına həsr edilmişdi [2]Hüquqi tədqiqat və yazı fənni ingilis dilində tədris olunur, memorandumlar və rəy məktubları kimi dünya hüquq praktikasında geniş istifadə olunan müasir hüquqi sənədlərin tərtib edilməsinə dair praktiki tədrisi özündə ehtiva edir. [3]Avropa Ittifaqı hüququ fənni ingilis dilində tədris olunur və Avropa İttifaqı qanunvericiliyinin mənşəyi, prosesləri, təsirləri və bu gün üzləşdiyi problemlər haqqında hərtərəfli anlayış formalaşdırır.    

Responsibilities

  • Müasir elmi-pedaqoji metodlardan istifadə edərək mühazirə və məşğələlər aparmaq;
  • Hüquqşünaslıq ixtisasının tədris planına uyğun olaraq müvafiq sillabus və tədris materiallarını hazırlamaq;
  • Analitik və tənqidi təfəkkürü stimullaşdıran keyfiyyətli tədris aparmaq;
  • Tələbələrin davamiyyət qeydlərinin aparmaq;
  • Tələbələrin icra etdikləri tapşırıqların nəticələrini vaxtında yoxlamaq və müvafiq rəylər vermək;

Requirements

  • Beynəlxalq səviyyədə tanınmış ali məktəbdə hüquq ixtisası üzrə magistr dərəcəsi; Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi olan namizədlərə üstünlük veriləcəkdir.
  • Əşya hüququ və hüquqi tədqiqat və yazı sahələri üzrə pedaqoji təcrübə;
  • Yuxarıda qeyd edilən təhsil ilə bağlı tələblərlə yanaşı, müxtəlif hüquq sahələrində peşəkar hüquq təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;
  • Azərbaycan dilində sərbəst yazı və danışıq bacarığı; Tədrisi nəzərdə tutulmuş fənlərin tədris olunması üçün əhəmiyyətli olan hər hansı xarici dil biliklərinin olması.
  Maraqlanan şəxslərdən aşağıda qeyd edilən sənədləri word və ya pdf formatında e-mail vasitəsi ilə[email protected]poçt ünvanınagöndərmələri tələb olunur:
  • Namizədin müraciət etdiyi vəzifəyə maraq və uyğunluğunu əsaslandıran məktub;
  • CV;
  • 3 rəyçinin adı və elektron poçt ünvanı.
Müraciət üçün son tarix 2021-ci il 26 dekabrdır. Tədris prosesi 2022 – ci il yanvar ayının 24-dən etibarən başlayacaq. Daha ətraflı məlumatı “ADA” Universitetinin rəsmi səhifəsindən (www.ada.edu.az)əldə edə bilərsiniz.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az