Şənbə, 2 Avqust, 2025

"Sabah Lab" İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb


  • Dərc edildi: 21 Oktyabr, 2021 - 06:34
"Sabah Lab" İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun nəzdində “Sabah Lab” İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin fəaliyyəti iqtisadiyyatın müxtəlif sahələrində innovativ şirkətlərin yaradılması və inkişafına yönəlmiş startapların dəstəklənməsini əhatə edəcək. Mərkəzin yaradılmasında əsas məqsəd yerli və xarici bazarların xidmət və məhsullarına olan tələbatı ödəyəcək şirkətlərin inkişafına təkan vermək üçün gənc sahibkarlar ətrafında davamlı bir ekosistem yaratmaqdır. Sözügedən təhsil proqramı unikal olaraq ali təhsil müəssisələri, dövlət qurumları və yerli və beynəlxalq bazarlarda müxtəlif böyük və kiçik şirkətlərlə sıx əməkdaşlıq vasitəsilə həyata keçiriləcək. Mərkəzdəki unikal və sınanmış təhsil proqramı innovasiya və sahibkarlıq baxımından Avropada 1-ci yerdə olan “IE” Biznes Məktəbi ilə birlikdə hazırlanır. Təhsil proqramının tərkibində yerli və beynəlxalq univesitetlərdən (Stanford, MIT, UC Berkeley, IE Business School) bir neçə professorun və sənaye liderlərinin iştirakı təmin olunur. Yeni mərkəzdə təklif olunan proqrama iştirakçılar onlayn müraciət prosesi ilə seçiləcək və sonda 30-40 (10 komanda) nəfər iştirakçı təyin olunacaq. Seçim prosessində “IE” Biznes Məktəbi dəstək göstərəcək.İştirakçılar formalaşmış startap ideyaları olmadan da proqrama qoşula bilərlər. Proqram həm fərdlərə, həm də formalaşmış startap komandalara açıqdır. Qeyd edək ki, yaxın günlərdə mərkəzin ali təhsil müəssisələrində təqdimatı başlayacaq və ictimaiyyətə daha geniş məlumat veriləcək.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5300
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 846
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 301
“İnnovativ məktəb” l...