SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə!

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN SABAH QRUPLARI (BAKALAVR) LAYİHƏSİNDƏ 2021/2022–Cİ TƏDRİS İLİNİN PAYIZ SEMESTRİ ÜZRƏ AŞAGIDAKI FƏNLƏRİN TƏDRİSİNİ APARMAQ MƏQSƏDİLƏ YENİDƏN VAKANT YERLƏR ÜÇÜN PROFESSOR-MÜƏLLİM HEYƏTİ VƏ MÜTƏXƏSSİSLƏR SAATHESABI QAYDADA İŞƏ DƏVƏT OLUNUR

SEÇİLƏCƏK PROFESSOR-MÜƏLLİM HEYƏTİNİN VƏZİFƏLƏRİ:
  • Bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması;
  • Kurs sillabusunun hazırlanması;
  • Tələbə biliyinin vaxtında və düzgün qiymətləndirilməsi;
  • SABAH qrupları layihəsinin tədrisin aparılması metodikası və təkmilləşdirmə ilə əlaqədar müvafiq təlimlərin keçirilməsi üzrə tələblərə riayət edilməsi;
  • Ali təhsil müəssisələrinin daxili intizam və sənədləşmə qaydalarına riayət edilməsi;
  • Həmkarlar və tələbələrlə münasibətdə etik davranış qaydalarına riayət edilməsi.
MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK ÜÇÜN NAMİZƏDƏ TƏLƏBLƏR:
  • Əlaqədar sahədə ən azı magistr dərəcəsinə malik olması;
  • Müvafiq ixtisas və fənn üzrə yüksək bilik səviyyəsinə malik olması;
  • Tədrisdə İKT-dən hərtərəfli istifadə edə bilməsi;
  • İnnovativ tədris metodlarından istifadə etməsi;
  • Müasir pedaqoji yanaşmalardan xəbərdar olması
  • Mövzunu təqdimetmə və fikrini səlis çatdırma bacarığına malik olması
  • Dinamik, təşəbbüskar, pozitiv və ünsiyyətcil olması.
  • Həm “online” həm də “offline” formada tədris edə bilməsi.
QEYD EDİLƏN VƏZİFƏ VƏ TƏLƏBLƏRƏ UYĞUN GƏLƏN NAMİZƏDLƏRİN AŞAGIDAKILARI BİLMƏSİ VACİBDİR:
  • Hər bir namizəd ən çoxu 2 Fənn üzrə müraciət edə bilər;
  • Vakant fənlərin siyahısına"Fənlər"bölməsində baxa bilərsiniz;
  • Müraciət etmək üçün "Müraciət forması"nı bölmələr üzrə tam doldurmağınız tələb olunur;
  • Qeydiyyat ilə bağlı sual yarandıqda, [email protected] ünvanına müraciət edə bilərsiniz;
  • Yalnız müsahibə mərhələsinə keçmiş namizədlərlə anketdə qeyd etdikləri email ünvanı vasitəsilə müraciət müddəti bitdikdən sonra 10 gün ərzində əlaqə saxlanılacaq;
  • Müsabiqəni uğurla keçən namizədlərdən müvafiq vakant fənn üzrə tədris etmələri üçün COVİD pasportu (COVİD-19 vaksin sertifikatı və ya COVİD-19 immunitet sertifikatı) tələb olunacaq;
  • İştirak etmək istəyən namizədlər 29 avqust saat 00:00-dək müraciət edə bilərlər. Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.
QEYD:Seçim zamanı elmi dərəcə, müvafiq sahə üzrə iş və ya ali təhsil müəssisəsində tədris təcrübəsi və xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az