SABAH qruplarında müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün mütəxəssislər işə dəvət olunur

Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarında 2020/2021–ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur

 

ÖHDƏLİKLƏR

  • Bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması;
  • Kurs sillabusunun hazırlanması;
  • Tələbə biliyinin vaxtında və düzgün qiymətləndirilməsi;
  • SABAH qrupları layihəsinin tədrisin aparılması metodikası və təkmilləşdirmə ilə əlaqədar müvafiq təlimlərin keçirilməsi üzrə tələblərə riayət edilməsi;
  • Ali təhsil müəssisələrinin daxili intizam və sənədləşmə qaydalarına riayət edilməsi;
  • Həmkarlar və tələbələrlə münasibətdə etik davranış qaydalarına riayət edilməsi.

NAMİZƏDƏ TƏLƏBLƏR

  • Əlaqədar sahədə ən azı magistr dərəcəsinə malik olması;
  • Müvafiq ixtisas və fənn üzrə yüksək bilik səviyyəsinə malik olması;
  • Tədrisdə İKT-dən hərtərəfli istifadə edə bilməsi;
  • İnnovativ tədris metodlarından istifadə etməsi;
  • Müasir pedaqoji yanaşmalardan xəbərdar olması;
  • Mövzunu təqdimetmə və fikrini səlis çatdırma bacarığına malik olması;
  • Dinamik, təşəbbüskar, pozitiv və ünsiyyətcil olması.

Qeyd edilən öhdəlik və tələblərə uyğun gələn namizədlərin aşağıdakıları bilməsi vacibdir:

  • Hər bir namizəd ən çoxu 2 Fənn üzrə müraciət edə bilər;
  • Vakant fənlərin siyahısına “Fənlər” bölməsində baxa bilərsiniz;
  • Müraciət etmək üçün “Müraciət forması” nı bölmələr üzrə tam doldurmağınız tələb olunur;
  • Qeydiyyat ilə bağlı sual yarandıqda, [email protected] ünvanına müraciət edə bilərsiniz;
  • Yalnız müsahibə mərhələsinə keçmiş namizədlərlə anketdə qeyd etdikləri email ünvanı vasitəsilə müraciət müddəti bitdikdən sonra 10 gün ərzində əlaqə saxlanılacaq;
  • Son müraciət tarixi və vaxtı: 06.01.20201-ci il, saat 00:00

QEYD: Seçim zamanı elmi dərəcə, müvafiq sahə üzrə iş və ya ali təhsil müəssisəsində tədris təcrübəsi və xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir.

Bir cavab yazın

Back to top button