Sabah “Siyasi elmlər və diplomatiya üzrə yay məktəbi” başlayır.
İyulun 9-da “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Şamaxı rayonunda “Siyasi elmlər və diplomatiya üzrə yay məktəbi”nə start veriləcək.
9-14 iyul tarixlərini əhatə edən yay məktəbinin təşkilində əsas məqsəd tələbələrə müasir dünyada və regionda cərəyan edən siyasi-iqtisadi konyunkturun müşahidə edilərək obyektiv qiymətləndirilməsi, gələcəkdə baş verə biləcək proseslərin düzgün proqnozlaşdırılması baxımından dəstək olmaq, onlara müxtəlif siyasi səpkili mövzulara dair interaktiv müzakirələrdə iştirak imkanı yaradaraq səmərəli platformanın yaradılmasıdır.
Layihə çərçivəsində yerli və beynəlxalq təlimçi və ekspertlər tərəfindən mühazirə və vörkşoplar, habelə siyasi müstəvidə müxtəlif mövzular üzrə debatların təşkili nəzərdə tutulub. Həmçinin düşərgədə iştirakçıların əylənərək öyrənməsi və asudə vaxtlarının səmərəli istifadəsi məqsədilə müxtəlif idman və bilik yarışları, interaktiv oyunlar təşkil ediləcək.
Qeyd edək ki, layihədə iştirak üçün müraciət edən 300 nəfərdən 25-i könüllü iştirak hüququ əldə edib. Seçilən gənclər əsasən beynəlxalq münasibətlər, beynəlxalq hüquq, siyasi elmlər, politologiya və regionşünaslıq ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan sonuncu kurs tələbələridir.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur