2 Noyabr 21:06

“Sabahın alimləri” V Respublika Müsabiqəsi

Təhsil naziri Mikayıl Cabbarov “Sabahın alimləri” V Respublika müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb.

Əmrə əsasən, 2016-cı ilin 11-13 fevral tarixlərində keçiriləcək bu müsabiqədə ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlər öz elmi layihələri ilə iştirak edə bilərlər.

“Sabahın alimləri” Respublika müsabiqəsi hər il ABŞ-da təşkil edilən İntel İSEF–İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir. Respublika müsabiqəsində ciddi elmi nəticə əldə etmiş şagirdlər Münsiflər Heyəti tərəfindən seçilərək İntel İSEF-də iştirak etmək hüququ qazanırlar.

Azərbaycan Respublikasının təhsil naziri “Sabahın alimləri” V Respublika müsabiqəsinin keçirilməsi barədə 27 oktyabr 2015-ci il tarixli 1023 nömrəli əmr imzalamışdır. Əmrə əsasən 2016-cı il 11-13 fevral tarixlərində keçiriləcək bu müsabiqədə ölkəmizdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdləri öz elmi layihələri ilə iştirak edə bilərlər.

“Sabahın alimləri” Respublika müsabiqəsi hər il ABŞ-da keçirilən İntel İSEF – İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir və ciddi elmi nəticə əldə etmiş şagirdlər münsiflər heyəti tərəfindən seçilərək İntel İSEF-də iştiral etmək hüququ qazanırlar.

Müsabiqənin kateqoriyaları:

– Riyaziyyat

– Fizika, astronomiya

– Kimya

– Biologiya (zoologiya, botanika, mikrobiologiya, genetika və molekulyar biologiya, biokimya)

– Tibb və sağlamlıq

– Ekologiya, ətraf mühitin idarə olunması

– Mühəndislik (energetika, mexanika, nəqliyyat, biomühəndislik və s.)

– Kompüter elmləri.

“Sabahın alimləri” Respublika müsabiqəsində iştirak etmək istəyən şagirdlər 2015-ci il 5 noyabr tarixindən başlayaraq http://sabahinalimleri.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Müsabiqə ilə bağlı bütün məlumatları həmin saytdan əldə etmək olar.

Müsabiqəyə elmi dəstək Bakı Dövlət Universiteti , Azərbaycan Texniki Universiteti , Sumqayıt Dövlət Universiteti , Naxçıvan Dövlət Universiteti  və Qafqaz Universiteti tərəfindən verilir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)