19 İyun 16:07

SABAHın müəllimləri üçün “Təhsil Avtobusu-Nəsimi” Yay Məktəbində təcrübə imkanı!

SABAHın müəllimləri üçün “Təhsil Avtobusu-Nəsimi” Yay Məktəbində təcrübə imkanı!

 

Artıq 4-cü dəfədir ki, həyata keçiriləcək “Təhsil avtobusu” Yay Məktəbi bu il sərhəd və sərhədə yaxın bölgələrdəki şəhər və ucqar kəndlərdə yerləşən məktəblərin 6-9-cu sinif şagirdlərini əhatə edəcək.

Nəsimi ilinə həsr olunan Yay Məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaq və Nəsimi yaradıcılığının tanıdılmasıdır.

Siz də bu təhsil marafonunda təcrübə qazanmaq və Azərbaycan üçün ÖYRƏTməyə dəstək olmaq istəyirsinizsə, qeydiyyatdan keçə bilərsiniz.

Tələblər:
– SABAH qrupları müəllimlik ixtisasının 3 və ya 4-cü kursu bitirən tələbəsi olmalı;
– Təlimçilik sahəsinə marağı olmalı;
– Komanda ilə işləyə bilməli;
– Şagirdlərlə işləməyə həvəsli olmalı;
– İnsanlarla effektiv ünsiyyət qurmağı bacarmalı;

Qeydiyyat linki: https://educationbus.typeform.com/to/RMKN2D
Son müraciət tarixi: 26.06.2019

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Sabah Qupları tərəfdaşı Yay məktəbinin tərəfdaşıdır.
Yay Məktəbi çərçivəsində bu istiqamətlərdə xüsusi hazırlanan proqramı əsasında incəsənət dərsləri, peşə, fərdi-inkişaf təlimləri və intellektual yarışlar keçiriləcək.

Məlumat üçün qeyd edək ki, “Azərbaycan üçün öyrət’’ Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını dəstəkləyərək keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil proqramıdır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)