18 Oktyabr 17:42

Sabunçu Gənclər Evi-Azərbaycan dili qrupu

Sabunçu Gənclər Evi-Azərbaycan dili qrupu

Əziz məktəblilər, artıq “Faydalı 2 saat” proqramının başlanması ilə bağlı məlumatlısınız!

Bu proqram çərçivəsində siz məktəbdə çətinlik çəkdiyiniz fənlərdən dərslər keçib, öz biliyinizi artıra, ev tapşırıqlarınızı yerinə yetirə bilərsiniz.

İkinci olaraq sizə AZƏRBAYCAN DİLİ QRUPUNU təqdim edirik.

Azərbaycan dili  fənnindən dərslər həftənin 6 və bazar günləri saat 11:00-da keçiriləcəkdir.

 

Qeyd edək ki, dərslərdə yalnız 8, 9, 10 və 11-ci sinif şagirdləri iştirak edə bilər.

Qeyd: sosial durumu zəif olan, məcburi köçkün və şəhid ailələrinin övladlarına üstünlük veriləcəkdir.

 

Müraciət üçün ad, soyad, təvəllüd və əlaqə nömrəsini yazıb “Azərbaycan dili” qrupu başlığı altında [email protected] ünvanına göndərin. Və yaxud Sabunçu Gənclər Evinə yaxınlaşmaqla qeydiyyatdan keçə bilərsiniz.

Bəyən və paylaş