9 Fevral 20:32

Sabunçu Gənclər Evi Könüllü qəbul edir

Gənc, könüllü ol!
Bizə qoşul! Peşəkar komanda ilə işləmək və inkişaf etmək, ən əsası isə gəncliyini əyləncəli və səmərəli keçirmək üçün “Sabunçu Gənclər Evi Könüllüsü” ol!

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Sabunçu Gənclər Evi gənclərin müxtəlif layihə və xidmətlərlə fərdi inkişafına, onların müxtəlif sağlam bilik vəvərdişlərə yiyələnməsi, asudə vaxtlarının səmərəli təşkili, yerli və beynəlxalq təmsilçiliyinə, onların ideya və təşəbbüslərinin reallaşdırılmasına nail olmaq məqsədilə fəaliyyət göstərən sosial xidmət müəssəsidir.
Sabunçu Gənclər Evi Gəncləri könüllü hərəkatının bir parçası olmağa, öz inkişafını bu məkandan və peşəkar komanda ilə başlamağa dəvət edir.

Sabunçu Gənclər Evi Könüllülər üçün bu imkanları yaradır:

Peşəkar və uğurlu komandanın bir parçası olmaq;
Müqaviləli əsaslarla səmərəli könüllülük fəaliyyəti;
Uğurlu karyera imkanı;
Yerli və beynəlxalq layihələrdə iştirak imkanı;
Şəxsi inkişaf və təcrübə;
İntellektual və əyləncəli dostlar;
Könüllü fəaliyyəti təsdiq edən müqavilə;

Şəxsi inkişaf və təcrübə istiqamətləri:

Layihələrin idarəedilməsi;
İnsan resursları;
İctimaiyyətlə Əlaqələr və SMM;
Foto və videoqrafiya;
Gənclərlə iş;
Təlimçilik bacarıqları.

Qeyd: Könüllülük fəaliyyəti müqaviləli əsaslarla aparılır.

Qeydiyyat üçün link: https://form.jotform.me/82663613407457
Son müraciət tarixi: 17 fevral 2019
Əlavə suallarınız yarandığı halda aşağıdakı əlaqə nömrələri ilə əlaqə saxlaya bilərsiniz
Sabunçu Gənclər evi: (012) 425 60 21 / (055) 600 66 47

Bəyən və paylaş

Rəylər

rəy(lər)