5 Oktyabr 10:56

Sabunçu Gənclər evində incəsənət klubunun teatr dərslərinə start verilir

Əziz gənclər!
Səhnəyə ilk addımlarınızı Sabunçu Gənclər Evi ilə birlikdə atın!
Sabunçu Gənclər evində incəsənət klubunun teatr dərslərinə start verilir. Dərslər bu sahədə olduqca peşəkar və təcrübəli müəllim tərəfindən keçiriləcək. Teatr dərsləri sayəsində siz aşağıda sadalanan bilik və bacarıqlara yiyələnəcəksiniz:

1. İlkin teatr bilikləri;
2. Səhnədə üzvilik, təbiilik əldə olunması yolları;
3. Təmiz nitq, səhnə danışığı təlimləri;
4. Bədən dili;
5. Səhnə plastikası
Əgər sizin də bu sahəyə xüsusi həvəsiniz və istedadınız varsa, 15 oktyabr tarixinə qədər aşağıdakı link vasitəsilə onlayn qeydiyyatdan keçib dərslərimizə qatıla bilərsiniz.
https://sabunchuge.typeform.com/to/jk4bBp
Qeyd: Dərslər tamamilə ödənişsizdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)